Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
“Comedy Club”ın ulduzundan Lukaşenkoya mesaj: "Vəhşi heyvana çevrilmək lazım deyil!"
Aleksandr Lukaşenko

Belarusda baş verənlər az qala bütün dünyanın diqqət mərkəzindədir. Mərkəzi Seçki Komissiyası dövlət başçısını növbəti dəfə qalib elan etsə də, əksəriyyət səsvermənin nəticələrinin saxtalaşdırıldığını düşünür.

Belarusda beş gündür etiraz aksiyaları gedir. Polis aksiyaları amansızlıqla yatırmağa çalışır.

Bizimyol.info xəbər verir ki, Rusiyanın məşhur şousu “Comedy Club”ın ulduzlarından Qarik Xarlamov “Instagram” səhifəsində Belarus prezidenti Aleksandr Lukaşenkoya müraciət ünvanlayıb. Yumor ustası əvvəlcə Belarus xalqının yanında olduğunu bildirib: “Möhkəm dayanın!”

Qarik Xarlamov Qarik Xarlamov

Xarlamov etirazçılara qarşı zorakılığın yolverilməz olduğunu yazıb. Onun fikrincə, insanlara işgəncə vermək, onları alçaltmaq olmaz: “Görürəm ki, Batka insanları necə dubinka ilə döydürür, rezin gülləyə tutdurur. Aleksandr Qriqoryeviç, zorakılığı dayandırın!” Xarlamov qeyd edib ki, bütün bunlar yaxşı nəticələnməyəcək. “Vəhşi heyvana çevrilmək lazım deyil”, - “Comedy Club”ın ulduzu fikrini belə bitirib.

Paylaş »
››› Azərbaycanın cənub rayonlarını İrana "verən" xəritə ilə bağlı Seyid Talehdən açıqlama
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Üç il əvvəl baş verən ölüm hadisəsi qəza deyil, qətl imiş
››› Allahşükür Paşazadənin rəqibləri məlum oldu
Son xəbərlər
Bütün xəbərlər »