Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
“Müsəlman qardaşları” təşkilatının liderlərindən biri həbsdə öldü
Həbsxana

Misirdə “Müsəlman qardaşları” təşkilatının liderlərindən biri İsam əl-Aryan həbsxana kamerasında dünyasını dəyişib.

“Qafqazinfo” bildirir ki, bu barədə “Al-Masry Al-Youm” nəşri xəbər verib.

əl-Aryan əl-Aryan

Məlumata əsasən, əl-Aryan kamera yoldaşı ilə mübahisədən sonra ürəktutmasından 66 yaşında vəfat edib.

2013-cü ildə Misir Prezidenti Məhəmməd Mursinin hakimiyyətdən uzaqlaşdırılanadək əl-Aryan onun məsləhətçisi, “Müsəlman qardaşları” hərəkatının siyasi qanadı olan “Azadlıq və ədalət” Partiyası rəhbərinin müavini olub.

Demək olar ki, “Müsəlman qardaşları”nın bütün liderləri həbsxanadadır - onlar dövlət dayaqlarını pozmaqda, ölkədə xaos yaratmağa cəhddə, polis məntəqələrinə, dövlət idarələrinə hücumların planlaşdırılmasında ittiham olunurlar.

2013-cü ildə hərbçilər tərəfindən hakimiyyətdən uzaqlaşdırılan 68 yaşlı Mursi 2019-cu ilin iyununda casusluq işi üzrə məhkəmə iclası zamanı vəfat edib. Misir hakimiyyətinin məlumatına görə, ölüm infarkt nəticəsində baş verib.

Paylaş »
››› Azərbaycanın cənub rayonlarını İrana "verən" xəritə ilə bağlı Seyid Talehdən açıqlama
››› Ədalət Rüstəm: Məktəblər yenidən bağlanacaq
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Prezident əmək nazirini küçənin ortasında döyüb - Video
››› “Şərurlu İsfəndiyar Ramiz Mehdiyevin adamı olduğuna görə məhkəmələr onun xeyrinə qərar verir”
Son xəbərlər
Bütün xəbərlər »