Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Vətəndaşlarımızın sağlamlığı və sosial müdafiəsi ölkə rəhbərliyinin daim diqqətindədir

Xəbər verdiyimiz kimi Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən 2020-ci il avqustun 10-dan qeyri-ərzaq mallarının satışını həyata keçirən ticarət obyektlərinin və əhaliyə məişət xidmətləri göstərən obyektlərin (iri ticarət mərkəzləri istisna olmaqla), müxtəlif istehsal sahələrinin fəaliyyətinə icazə verilir.

Bununla əlaqədar diqqət yetirilməsi tövsiyə olunan məsələlər var. Belə ki, ticarət obyektləri və vətəndaşlar tərəfindən Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi qaydalara və sərt karantin rejimi dövründə əldə olunmuş müsbət nəticələrin xatırladılması, onların itirilməməsi üçün qaydalara riayət edilməlidir.

Məsələ ilə bağlı Milli Məclisin deputatı Tamam Cəfərova Bizimyol.info-ya açıqlamasında bildirib ki, dünya ölkələrinin qlobal pandemiya ilə mübarizəsi davam edir.

“Koronavirusa qarşı mübarizə işində müsbət dinamika müşahidə olunur. İyulun 16-dan bu günə qədər bu müsbət dinamika deməyə əsas verir ki, görülmüş bütün tədbirlər müsbət nəticə verir. Bu tədbirlər nəticəsində vəziyyət bu günə qədər nəzarət altındadır. İyulun 16-dan bu günə qədər yoluxanların sayı sağalanların sayından xeyli aşağıdır. Koronavirus xəstəliyi bundan sonra da nəzarət altında saxlanılacaq.

COVİD-19 pandemiyasına qarşı mübarizədə Azərbaycan təcrübəsi dünyada örnək təşkil edir. İlk günlərdən, bu xəstəlik meydana çıxandan dərhal sonra cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün lazımi qabaqlayıcı kompleks tədbirlər görüldü. Məhz belə operativ, çevik və məqsədə hesablanmış addımlar nəticəsində bu gün xəstəlik nəzarət altındadır. Bütün bu addımlar, əlbəttə, imkan verir ki, biz bu vəziyyətdən şərəflə çıxaq, insanlarımızı qoruyaq.

Cənab Prezident avqustun 6-da ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirilən müşavirədə insanların sağlamlığının qorunması məqsədilə həyata keçirilən təşkilatı tədbirlərlə yanaşı, pandemyanın sosial fəsadlarının aradan qaldırılması, insanların sosial rifahının qorunması sahəsində görülən işlər haqqında da ətraflı məlumat verdi”,-deyə deputat bildirib.

“O ki qaldı, iqtisadi və sosial məsələlərə, bu məsələlər də öz həllini tapır. Sadəcə olaraq, son aylar ərzində görülmüş işlərə baxmaq kifayət edər ki, hər kəs görsün nə qədər böyük işlər görülübdür.

Tamam Cəfərova bildirib ki, təqribən 5 milyona yaxın insanı geniş sosial paketlə əhatə edilib: “Prezident bildirdi ki, dövlət sektorunda çalışan 900 min insanın böyük əksəriyyəti faktiki olaraq işləmir, ancaq dövlət tərəfindən əməkhaqqı alır. 760 min sahibkara lazımi maliyyə dəstəyi göstərildi və onların iş yerləri qorundu. Əks təqdirdə, 760 min insan işsiz qala bilərdi. Çünki onların çalışdıqları sektorlar pandemiya nəticəsində ən böyük zərər görmüş sektorlardır. Təbii ki, sahibkarlar, işəgötürənlər indi gəlir əldə etmirlər və beləliklə, yüz minlərlə insan işsiz qala bilərdi. Yenə də dövlət operativ tədbirlər nəticəsində dərhal bu məsələyə müdaxilə etdi. Əlbəttə ki, bu məqsədlər üçün böyük maliyyə resursları xərclənibdir.

Altı yüz min işsiz insan, o cümlədən qeyri-formal məşğulluqda fəaliyyət göstərən və müvəqqəti olaraq öz işini itirən, aztəminatlı təbəqəyə aid olan insan dövlət tərəfindən qayğı ilə əhatə olunubdur. Onlara artıq bir neçə ay ərzində 190 manat müavinət verilir. Hesab edirəm ki, bu sosial dəstək bundan sonra da davam etdirilməlidir”.

Bütün bunlar bir daha sübut edir ki, ölkəmizdə dövlət siyasətinin mərkəzində vətəndaş durur və cənab Prezident hər zaman vətəndaşın yanındadır”.

Ramid İbrahimov

Paylaş »
››› Paşinyan bir cümlə ilə Türkiyəyə qarşı bütün gizli planların üstünü açdı
››› Cəbhədə son vəziyyət: Ermənilərin itkilər verən “Legion” dəstəsi döyüşməkdən imtina edib
››› “New York Times”: “Erməni əsgərlərin cəsədləri həftələrlə ortada qalır, iy verir”
››› Fransız jurnalist Tərtər sığınacaqlarından yazıb - Foto
››› “WarGonzo” Qarabağdan qaçdı
Son xəbərlər
Bütün xəbərlər »