Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
UEFA yığmalarımızın iştirak edəcəyi turnirlərlə bağlı qərar verdi

UEFA İcraiyyə Komitəsi 19 yaşadək gənclər arasında Avropa çempionatının pley-off oyunlarını 2021-ci ilə təxirə salıb.

"Report"un məlumatına görə, elit-raundun oyunları 2020-ci ilin oktyabrında, qrup mərhələsi isə 2020-ci ilin noyabrında Şimali İrlandiyada keçiriləcək.

Bunlardan əlavə, İcraiyyə Komitəsi 2020/2021 mövsümündə gənclərdən ibarət yığmalar arasında nəzərdə tutulan seçmə oyunları 2021-ci ilin yazına qədər ertələyib. Qurum bu cür matçların sayının azaldılması barədə qərar çıxarıb.

19 yaşadək futbolçular arasında Avropa çempionatının təsnifat mərhələsinin oyunları 2021-ci ilin martında baş tutacaq. Seçmə mərhələ 13 mini-turnirdən ibarət olacaq.

Elit-raund mərhələsi 14 yığmanın iştirakı ilə 2021-ci ilin mayında keçiriləcək pley-off oyunları ilə əvəzlənib. Final mərhələsi əvvəlcədən planlaşdırıldığı kimi 2021-ci ilin iyulunda Rumıniyada təşkil olunacaq.

UEFA həmçinin 17 yaşadək futbolçular arasında AVRO-2021-in keçirilməsində də dəyişiklik edib. Turnirin seçmə mərhələsi 2021-ci il martın sonunadək oynanılacaq. Bu da 13 mini-turnir formatında olacaq. Elit-raund mərhələsi ləğv olunub. 13 qrup qalibi və 2 seçilmiş komanda 2021-ci ilin mayında Kiprdə keçirilməsi nəzərdə tutulan final mərhələsinə vəsiqə əldə edəcək.

Qərarlar UEFA-nın quruma üzv olan 55 milli assosiasiya ilə məsləhətləşməsindən sonra qəbul olunub. Bu addım federasiyaların əlavə əməliyyat və maliyyə yükünün azaldılması ilə əlaqədar atılıb.

U-17 (qızlar)

- Təsnifat mərhələsi 2021-ci il fevralın sonunda keçiriləcək (12 mini-turnir)

- Elit-raund ləğv olunur və play-off oyunları ilə əvəzlənir

- Play-off mərhələsi (14 komanda) 2021-ci il martın sonunda keçiriləcək

- Final turniri təqvimə uyğun olaraq (Farer adaları, may 2021-ci il)

U-19 (qızlar)

- Təsnifat mərhələsi 2021-ci il fevralında keçiriləcək (12 mini-turnir)

- Elit-raund ləğv olunur və play-off oyunları ilə əvəzlənir

- Play-off mərhələsi (14 komanda) 2021-ci il aprelində keçiriləcək

- Final turniri təqvimə uyğun olaraq (Belarus, iyul 2021-ci il)

Paylaş »
››› İlham Əliyev: “Bunların dərdi-azarı Ermənistanı bu vəziyyətdən çıxarmaqdır”
››› Hikmət Hacıyev: "Növbəti dəfə humanitar atəşkəsin pozulmasına görə məsuliyyət Ermənistanın üzərinə düşür"
››› Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad olunan kəndlərinin görüntüsü - Video
››› Ali Baş Komandan: “Azərbaycanın qarşısında heç kim dura bilməz”
››› Qubadlı şəhəri işğaldan azad olundu!
Son xəbərlər
Bütün xəbərlər »