Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
İranlı rəsmi: “Rusiyanın COVID-19 peyvəndinin insan üzərində sınağı düzgün tamamlanmayıb”
koronavirus - vaksin

Dünyada ilk dəfə olaraq Rusiyada qeydiyyatdan keçən COVID-19 peyvəndinin insan üzərində sınağı düzgün tamamlanmayıb.

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İranın Koronavirusla Mübarizə Qərargahının elmi komitəsinin sədri Mustafa Qanei bildirib.

Onun sözlərinə görə, bu peyvənd dünyaya, o cümlədən İrana ixrac olunacaq səviyyədə deyil.

Komitə sədri deyib ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu peyvəndi təsdiq etməsə, peyvənd ölkəyə gətirilməyəcək.

“ÜST bu peyvəndin insan üzərində sınağı üçün bir sıra icazələr verib, lakin bu peyvəndin hazırlanması bir neçə il çəkir. Hər bir ölkə peyvəndi digər ölkələrə ixrac etmək üçün ÜST-ün standartlarına cavab verəcək sənədləri təqdim etməlidir. Biz də ölkəyə peyvəndləri ÜST-ün icazəsindən sonra gətirə bilərik”, - deyə M. Qanei vurğulayıb.

Qeyd edək ki, avqustun 11-də Rusiyada dünyada ilk dəfə olaraq COVID-19 infeksiyasına qarşı peyvənd qeydiyyatdan keçib. Sputnik-V adını alan peyvənd Rusiyanın Hamaley adına epidemiologiya və mikrobiologiya Mərkəzi tərəfindən hazırlanıb.

Paylaş »
››› Azərbaycanın cənub rayonlarını İrana "verən" xəritə ilə bağlı Seyid Talehdən açıqlama
››› Ədalət Rüstəm: Məktəblər yenidən bağlanacaq
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Prezident əmək nazirini küçənin ortasında döyüb - Video
››› “Şərurlu İsfəndiyar Ramiz Mehdiyevin adamı olduğuna görə məhkəmələr onun xeyrinə qərar verir”
Son xəbərlər
Bütün xəbərlər »