Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avqustun ortalarında hava şəraiti dəyişəcək

Ötən illərdən fərqli olaraq bu il 35 dərəcədən yüksək temperatur Bakıda yalnız 1 dəfə qeydə alınıb.

Bizimyol.info xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, ayın əvvəlindən bu günədək orta temperatur 5 gün ərzində iqlim normasından 2,3 dərəcəyədək aşağı olub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Bu cür hava şəraiti Rusiyanın cənubundan Qara dəniz üzərindən bizim regiona atmosfer hava cəbhələrinin daxil olması ilə bağlıdır. Növbəti nisbətən sərin hava dalğasının təsiri avqustun 14-dən ikinci ongünlüyün sonunadək hiss olunacaq.

Belə ki, arabir güclənən şimal küləyinin fonunda havanın temperaturu çoxillik normadan aşağı enəcək. Paytaxtda maksimal temperatur 25-30 dərəcədən yüksək olmayacaq. Rayonlarda hava arabir yağışlı olacaq.

Son xəbərlər
Bütün xəbərlər »