Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çinli inad edib evindən köçmədi, evi şose yolların arasında qaldı - Video

Bəzən Çində hökumətin insanlara həddən artıq sərt davranıldığı, demokratiya prinsiplərinin bu ölkədə mövcud olmadığı deyilir.

Amma indi bəhs edəcəyimiz xəbər əksini düşünməyə vadar edir. Düz 10 il öncə Çinin Quançjou şəhərində şose yolların çəkilməsi ilə əlaqədar 47 həyət evi və 6 ofisdən ibarət yaşayış məntəqsi plana düşdü və söküldü. Yalnız Lyanq adlı xanım evinin sökülməsinə razılıq vermədi. Onun bu inadı səbəbilə layihə düz 10 il ləngidildi.

Nəhayət, təslim olan tərəf vətəndaş yox, dövlət oldu. Lyanqın 40 kvadrat metri əhatə edən evinə zərər vermədən şoseni onun həyətinin ətrafından keçirməli oldular, üstəlik, Lyanq evinə rahat girib-çıxa bilsin deyə, onun üçün xüsusi keçid də hazırlandı.

İndi Lyanqın evi şəhərin turistlər üçün görməli məkanına çevrilib. Şose yolların ortasında çuxura düşümüş kimi qalan evin divarlarını xanım Lyanq çiçəklələ bəzəyib. Onun bu haylı-küylü yerdə nə qədər qala biləcəyisə sual altındadır.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »