Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Məcburi köçkünlər yaşadıqları binada şəhid adlarını əbədiləşdirdilər - Foto

Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu Park" yaşayış kompleksində şəhid adlarının əbədiləşdirilməsi üçün xatirə lövhəsi vurulub.

Bizimyol.info xəbər verir ki, məcburi köçkünlərin təşəbbüsü ilə onların yaşadığı binada şəhidlərin adları əbədiləşdirilib.

Köçkünlərdən SHƏDLƏR  diqqət

Qobu Park Mənzil Kommunal İstismar İdarəsinin razılığı və məcburi köçkünlərin vəsaiti hesabına yaşayış binasının qarşısında xatirə kövhəsi vurulub. Xatirə lövhəsində Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilər barədə, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olan hərbçilərin şəkilləri və adları haqqında məlumat verilib.

“Qobu Park”da məcburi köçkünlərin vəsaiti hesabına 2020-ci il iyulunda Tovuz istiqamətində olan döyüşlər zamanı qəhrəmancasına şəhid olan general-mayor Polad Həşimovun adına bulaq tikilir.

Ramid İbrahimov

Son xəbərlər
Bütün xəbərlər »