Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
KİV: Ronaldunun agenti onu "Barselona"ya təklif etdi
Ronaldo

İtaliya təmsilçisi "Yuventus"da çıxış edən Kriştianu Ronaldunun agenti Jorje Mendeş futbolçunu İspaniya "Barselona"sı daxil olmaqla bir neçə kluba təklif edib.

"Report" xəbər verir ki, bu barədə jurnalist Gilerme Balaqe "BBC Radio"ya açıqlamasında bildirib. Onun sözlərinə görə, agent 35 yaşlı hücumçu üçün müxtəlif klublarla əlaqə qurub.

Mendesin təklifini alan komandaların arasında "Barselona" ilə yanaşı, Fransa PSJ-si və bir neçə Şimali Amerika təmsilçisi olub.

Jurnalistin sözlərinə görə, Ronaldu "Qızıl top" mükafatını qazana biləcəyi komandaya keçmək istəmir. Balaqe deyib ki, portuqaliyalı forvardın əsas hədəfi illik 23 milyon avro qazanmaqdır.

Ronaldu "Yuventus"a 2018-ci ilin yayında "Real Madrid"dən keçib. Transferin məbləği 117 milyon avro təşkil edib. 35 yaşlı hücumçu İtaliya çempionatının cari mövsümünün 33 matçında (bütün oyunlarda əsas heyətdə) iştirak edərək 31 qol vurub, həmçinin 6 məhsuldar ötürmə verib. Hücumçunun klubla müqaviləsi 2022-ci il ilin yayında başa çatır.

Paylaş »
››› Ədalət Rüstəm: Məktəblər yenidən bağlanacaq
››› Azərbaycanın cənub rayonlarını İrana "verən" xəritə ilə bağlı Seyid Talehdən açıqlama
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Azərbaycanda ayı parçaladığı deyilən uşağın atası: “Şübhələrimiz var” - Foto
››› “Şərurlu İsfəndiyar Ramiz Mehdiyevin adamı olduğuna görə məhkəmələr onun xeyrinə qərar verir”
Son xəbərlər
Bütün xəbərlər »