Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
DGK: İrandan Ukraynaya gedən 5 kq-dan artıq tiryək aşkarlanıb
narkotik-0-00

Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə İran İslam Respublikasından Ukrayna Respublikasına "Volvo" markalı yük avtomobilində külli miqdarda narkotik vasitələrin gömrük nəzarətindən gizlədilərək aparılacağı barədə əməliyyat məlumatı daxil olub.

Bizimyol.info xəbər verir ki, Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən  verilən məlumata görə, Astara gömrük postunda saxlanılan nəqliyyat vasitəsinin Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Ukrayna Respublikasında fəaliyyət göstərən şirkətlərdən birinin ünvanına “kişmiş” yükü apardığı məlum olub.

Ukrayna Respublikası vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsi saxlanılıb və “Volter” ləqəbli kinoloji xidmət iti tətbiq edilməklə yoxlama həyata keçirilib. Bu zaman xidməti it xüsusi işarə və hərəkətlərlə yük maşının qoşqusunun ətraflarına reaksiya verib.

Baxış zamanı “kişmiş” yükünün içərisində gizlədilən xırda formalarda, ümumi çəkisi 5 kiloqram 200 qram olan qara rəngli, kəskin iyli narkotik vasitə - tiryək aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş »
››› Üç il əvvəl baş verən ölüm hadisəsi qəza deyil, qətl imiş
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Nazirlikdən xəbərdarlıq: Yağış və dolu yağacaq
››› Sosial şəbəkənin şantaj qurbanları: Cinayət var, cəza yox
››› Türkiyədə koronavirusla bağlı son statistika
Son xəbərlər
Bütün xəbərlər »