Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qarabağ əlilinin evini daşa basırlar - Video

“19 gündür evimi daşa basırlar”.

Bizimyol.info xəbər verir ki, bu sözləri ikinci qrup Qarabağ müharibəsi əlili, Prezident təqaüdçüsü, “Berkut” ləqəbli keçmiş döyüşçü Asif Həşimov videomüraciətində deyib.

Qarabağ qazisi bildirib ki, evinin daş tutulması ilə bağlı hüquq mühafizə orqanlarına müraciət edib: “123 dəfə Daxili İşlər Nazirliyinin “102 Qaynar xətti”nə müraciət etmişəm, 4 dəfə Biləsuvar rayon Polis Şöbəsində ərizə və izahat vermişəm. Rayon prokurorluğuna şikayət etmişəm”.

A.Həşimov deyib ki, hadisə nəticəsində şəkərli diabet xəstəsi olan anası və övladları narahatlıq içindədirlər. Qarabağ qazisi videomüraciətdə ailəsinin təhlükəsizliyinin təmin olunmasını xahiş edib.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə informasiya sorğusu göndərilib.

Ramid İbrahimov

Son xəbərlər
Bütün xəbərlər »