Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Toyuq ətində koronavirus aşkarlandı

Dünyada ilk dəfə qida məhsulunda koronavirus aşkarlanıb.

Bizimyol.info Reuters agentliyinə istinadən xəbər verir ki, Çinin Şenzen şəhərinə Braziliyadan idxal edilmiş toyuq qanadlarında yeni növ koronavirus aşkarlanıb.

Çinin dəniz məhsulları və canlı heyvan satılan bazarlarında koronavirus aşkarlandıqdan sonra ölkə rəhbərliyi ət və dəniz məhsullarını virusa qarşı test edir. Növbəti test zamanı bu xoşagəlməz fakt aşkarlanıb.

Braziliya səfirliyindən məsələ ilə bağlı açıqlama verilməyib. Amma məhsulun ixracatçısı olan şirkətin Çindəki nümayəndəsi deyib ki, toyuq qanadlarının yolun hansı hissəsində yoluxduğunu demək çətindir. Yəni yoluxma Braziliyada deyil, yolda da baş verə bilər.

Daha əvvəl Ekvadordan idxal edilən krevetlərdə (xırda dəniz xərçənglərində) koronavirus aşkarlanmışdı.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »