Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Lotu Qulinin adamlarına qarşı daha bir əməliyyat
Lotu Quli

Ukrayna Təhlükəsizlik Xidməti azərbaycanlı “oğru” Nadir Səlifovun (Lotu Quli) nüfuz dairəsinə daxil olan kriminal elementləri həbs edib.

Əməliyyat Odessa şəhərində keçirilib. Nadir Səlifova yaxın olan 2 nəfər özəl sektordlardan birində həbs edilib. Bildirilir ki, saxlanılan şəxslər şəhərdə sahibkarları qorxu altında saxlayırmış.

Odessada Nadir Səlifovun tərəfdarlarına qarşı bundan əvvəl də əməliyyat keçirilib. İyul ayında keçirilən əməliyyat nəticəsində 10 nəfər saxlanılmışdı. Ukrayna Milli Təhlükəsizlik Xidmətinin yaydığı məlumatda bildirilir ki, Odessa şəhərində vətəndaşları və bölgənin sahibkarlarını sıxışdıran cinayətkar beynəlxaq dəstənin üzvləri müəyyən edilib: "Onlar iyulun 7-də günorta saatlarında yerli sahibkarlardan birini oğurlamaq iniyyətində olublar. Hadisədən əvvəlcədən xəbərdar olan Ukrayna təhlükəsizlik orqanlarının əməkdaşları dəstənin üzvlərini zərərsizləşdirib. Kriminal dəstənin 10 nəfər üzvü olub. Onlar süni şəkildə münaqişə yaradaraq, sahibkarlardan külli miqdarda pul tələb ediblər və ödəmədikləri təqdirdə sahibkarları zorakılıqla hədələyiblər. Məlum olub ki, dəstə üzvlərini Ukrayna tərəfindən axtarışda olan "Lotu Quli" ləqəbli şəxs idarə edir. Əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan şəxslərin yaaşdıqları yerdə iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb".

Lotu Quli hazırda postsovet məkanında ən nüfuzlu “oğru”lardan biri hesab edilir. O azadlığa buraxılandan sonra qısa müddət ərzində Rusiya, Ukrayna, Türkiyə və digər ölkələrdə kifayət qədər güclü şəbəkə qurub. (yenisabah.az)

Paylaş »
››› Narazılıqla qarşılanan qərar bu gündən qüvvəyə minir
››› Türkan icra nümayəndəsinin oğlu öz bacısını öldürdü
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Rusiya daha 4 ölkə ilə hava əlaqəsini bərpa edəcək
››› Sentyabrın 21-nə olan hava proqnozu
Son xəbərlər
Bütün xəbərlər »