Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
ABŞ 600 milyon doza koronavirus peyvəndi istehsal edəcək
koronavirus - vaksin

Mütəxəssislər tərəfindən istifadəsinə icazə veriləcəyi təqdirdə, ABŞ təxminən 600 milyon doza koronavirus peyvəndi istehsal etməyə hazırlaşır.

TASS agentliyi xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp jurnalistlər üçün keçirdiyi brifinqdə deyib.

“Peyvəndlərlə bağlı bəzi yaxşı xəbərlərimiz var. “Moderna” adlı şirkətlə 100 milyon doza vaksini istehsal etmək üçün razılaşma əldə olunub. Federal hökumət dozaların alınmasını maliyyələşdirəndən sonra biz onları alacağıq”, - deyə, D.Tramp bildirib.

D.Tramp əlavə edib ki, üç namizəd peyvənd artıq klinik sınaqların son mərhələsindədir və hökumət vaksinin istehsalına böyük sərmayə qoyur: “100 milyon dozanı tez bir zamanda istehsal etmək yolundayıq. Mütəxəssislər tərəfindən təsdiqlənəndən dərhal sonra daha 500 milyon doza istehsal olunacaq”.

Paylaş »
››› Azərbaycanın cənub rayonlarını İrana "verən" xəritə ilə bağlı Seyid Talehdən açıqlama
››› Ədalət Rüstəm: Məktəblər yenidən bağlanacaq
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Prezident əmək nazirini küçənin ortasında döyüb - Video
››› “Şərurlu İsfəndiyar Ramiz Mehdiyevin adamı olduğuna görə məhkəmələr onun xeyrinə qərar verir”
Son xəbərlər
Bütün xəbərlər »