Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Beyrut limanında baş vermiş partlayışın vurduğu zərər 15 milyard dolları ötüb
Beyrutdakı partlayışda partiya lideri öldü, konsul xəsarət aldı

Avqustun 4-də Beyrut limanında baş vermiş güclü partlayış nəticəsində dəymiş ziyan 15 milyard dollardan çox qiymətləndirilir.

APA “TASS”-a istinadən xəbər verir ki, bunu ölkə prezidenti Mişel Aun İspaniya kralı VI Filipplə telefon danışığında bildirib.

“Prezident Aun qeyd edib ki, ilkin hesablamalara görə, Livana dəymiş ziyan 15 milyard dolları ötüb”, - Livan prezidentinin mətbuat xidmətinin internet saytında yayılan açıqlamada qeyd olunub.

Öz növbəsində İspaniya kralı Livan xalqına başsağlığı verərək, lazımi köməkliyi göstərməyə hazır olduğunu deyib.

Qeyd edək ki, sığorta şirkətləri ilkin qiymətləndirmə zamanı Beyrut limanında baş vermiş partlayışdan sonra dəyən ziyanın 3 milyard dollar dəyərində olduğunu bildiriblər.

Paylaş »
››› Ədalət Rüstəm: Məktəblər yenidən bağlanacaq
››› Azərbaycanın cənub rayonlarını İrana "verən" xəritə ilə bağlı Seyid Talehdən açıqlama
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Azərbaycanda ayı parçaladığı deyilən uşağın atası: “Şübhələrimiz var” - Foto
››› “Şərurlu İsfəndiyar Ramiz Mehdiyevin adamı olduğuna görə məhkəmələr onun xeyrinə qərar verir”
Son xəbərlər
Bütün xəbərlər »