Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Türkmənistanda bankomatdan pul çıxarmaq üçün gecədən növbə tutmaq lazımdır
Türkmənistanda bankomatdan pul çıxarmaq üçün gecədən növbə tutmaq lazımdır

Türkmənistanda pul qıtlığı davam edir. İnsanlar məvacib və təqaüdlərini bank kartının köməyi ilə ala bilmir.

Çünki bankomatların qarşısında gecədən növbə tutmaq lazımdır.

Bizimyol.info xəbər verir ki, həm paytaxt Aşqabadda, həm də bölgələrdə oxşar problem yaşanır. Bankomatlarda hamıya yetəcək qədər vəsait olmur. Bunun üçün gecədən növbə tutmaq, cihazların qarşısında bəzən 10-12 saat dayanmaq lazım gəlir.

Aşqabad Aşqabad şəhərindən görüntü / Foto: orangesmile.com

Alternativ medianın paylaşdığı şəkillərdə uzun növbələr, izdiham diqqət çəkir. “Türkmənbaşı” bankının qarşısında dayananlardan biri jurnalistə deyib ki, 17 saatdır növbəsini gözləyir.

Amma bu fədakarlığın da ona tam köməyi dəyməyəcək. Çünki maksimal limit var. Hər şəxs bank kartından uzağı 500 Türkmənistan manatı (təxminən 31.5 dollar) çıxara bilər. Deməli, ay ərzində bankomatın qarşısına dəfələrlə gəlməli olacaq.

Vəziyyətdən istifadə edənlər var. Növbə tutanların bəzisi bunu qazanc məqsədilə edir. Növbəni 30-40 Türkmənistan manatına satmaq mümkündür.

Paylaş »
››› Azərbaycanın cənub rayonlarını İrana "verən" xəritə ilə bağlı Seyid Talehdən açıqlama
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Üç il əvvəl baş verən ölüm hadisəsi qəza deyil, qətl imiş
››› Allahşükür Paşazadənin rəqibləri məlum oldu
Son xəbərlər
Bütün xəbərlər »