Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ-da peyvəndlərin hansı halda sərbəst istifadəsinə icazə veriləcəyi açıqlanıb

ABŞ-da yeni növ koronavirus infeksiyasına qarşı peyvəndlərin istifadəsinə yalnız onların təhlükəsiz olduğu sübut ediləcəyi təqdirdə icazə veriləcək.

APA xəbər verir ki, bu barədə ABŞ-ın Qida Məhsulları və Dərmanların Keyfiyyəti üzrə Sanitar Nəzarət İdarəsi (FDA) açıqıama yayıb.

“Təhlükəsiz olduğu sübut edilməyəcəyi təqdirdə, peyvəndin ictimaiyyət tərəfindən istifadəsinə veriləcəyindən söhbət gedə bilməz, buna dair heç bir fikir yoxdur”, - deyə nəşr qurumun tənzimləyicisi Stiven Handan sitat gətirib.

Qurumun yaxın bir neçə ayda bu və ya digər ABŞ peyvəndinin təsirli və təhlükəsiz olması barədə qərar verəcəyi gözlənilir.

Son xəbərlər
Bütün xəbərlər »