Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Almanlar rusların vaksininə güvənmir

Rusiya dünyada hamıdan əvvəl koronavirus əleyhinə vaksini hazırladığını elan edib. Qonşu ölkədə əhalinin pulsuz vaksinləşdirilməsi məsələsi müzakirə olunur.

Bizimyol.info xəbər verir ki, vaksin hələ tam hazır deyil. Amma ABŞ, Böyük Britaniya, Yaponiya, Avropa İttifaqı 1.3 milyard dozaya ehtiyacı olduğunu açıqlayıb.

Almanlar isə rusların vaksininə güvənmir. Almaniyanın səhiyyə naziri Yens Şpan xəbərə skeptik yanaşdığını gizlətməyib.

Yens Şpan Yens Şpan

Onun fikrincə, Rusiya vaksininin əsas çatışmazlığı dərman haqda yetərli məlumatın olmamasıdır. Alman nazir düşünür ki, Rusiya hökuməti dərmanın hazırlanması prosesində şəffaf davranmayıb. “Ən əsası təhlükəsizlikdir. Hamıdan əvvəl vaksin hazırlanması vacib sayıla bilməz”, - Şpan deyib.

Dünyada vaksin hazırlanması martdan ciddi müzakirə mövzusuna çevrilib. Qərb ölkələri ən yaxşı halda gələn ilin əvvəlində nəsə təklif edə bilər.

Planetdə virusa yoluxanların sayı isə dayanmadan artır, 21 milyon nəfərə yaxınlaşıb.

Son xəbərlər