Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çin ABŞ-a: “Odla oynama”

Çin-ABŞ münasibətləri ilin əvvəlindən gərgindir. Koronavirus bu istiqamətdə gərginliyi bir az da artırıb.

Üstəlik, ABŞ-ın Tayvanın müstəqilliyini dəstəkləməsi Çini özündən çıxarıb.

Bizimyol.info xəbər verir ki, Çin ABŞ-ı odla oynamamağa çağırıb. Asiya dövlətinin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Çjao Litszyanın açıqlamasında bu ifadə yer alıb.

Çjao Litszyan Çjao Litszyan

O, Pekinin Vaşinqtonun Tayvanla bütün əlaqələrinin əleyhinə olduğunu bildirib. Litszyan Tayvanla təmasın Çinin daxili işlərinə qarışmaq olduğunu söyləyib: “Odla oynayanlar yanacaqlar”.

Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi Tayvan hakimiyyətinə müraciətlə düz yolda olmadıqlarını çatdırıb: “Marionetə çevrilmək, başqalarından asılı olmaq, xaricdə dəstək axtarmaq lazım deyil. Epidemiyanı bəhanə edib müstəqillik aramağa da dəyməz”. Diplomat daha çox ABŞ-ın səhiyyə naziri Aleks Azarin rəhbərliyi ilə rəsmi nümayəndə heyətinin Tayvana səfərinə eyham vurub. Bu, son altı ildə ilk belə hadisədir.

Tayvanda yanvarın 11-də baş tutumuş parlament seçkilərində Demokratik İnkişaf Partiyası qalib gəlmişdi. Partiya rəhbəri Tsay İnven sonradan prezident seçkilərində də qələbə qazanmışdı. Bu hadisənin ardınca ABŞ-ın müstəqillik mesajları verməsi Çini qıcıqlandırmışdı.

Son xəbərlər
Bütün xəbərlər »