Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
OPEC bu il üçün Azərbaycanda neft hasilatı üzrə proqnozunu dəyişməyib
azneft

Gələn il Azərbaycanda ortalama gündəlik neft və digər maye karbohidrogenlər hasilatı 0,72 mln. barel səviyyəsində olacaq.

"APA-Economics"in Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) aylıq hesabatına istinadən verdiyi məlumata görə, 2020-ci ildə ölkədə gündəlik ortalama neft hasilatı 0,72 mln. barel olacaq (iyun ayında verilən proqnoza uyğundur – red.).

Məlumata görə, bu ilin may ayında Azərbaycanda gündəlik neft hasilatı 112 min barel azalaraq 0,57 mln. barel təşkil edib. İyun ayında isə bu göstərici daha 0,02 mln. barel azalaraq 0,55 mln. barel olub, iyul ayında da dəyişməyərək 0,55 mln. barel təşkil edib.

Qeyd edək ki, aprel ayının 12-də "OPEC+" ölkələri nazirlərinin 10-cu iclasında qəbul edilmiş razılaşma ümumilikdə gündəlik xam neft hasilatının may-iyunda 9,7 mln. barel, Azərbaycanda isə 164 min barel azaldılmasını nəzərdə tutur. OPEC və qeyri-OPEC ölkələri nazirlərinin 6 iyunda keçirilən 11-ci iclasında isə bu kvotaların müddətinin daha bir ay – iyulun sonunadək uzadılmasına dair qərar qəbul edilib.

Paylaş »
››› Narazılıqla qarşılanan qərar bu gündən qüvvəyə minir
››› Türkan icra nümayəndəsinin oğlu öz bacısını öldürdü
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Rusiya daha 4 ölkə ilə hava əlaqəsini bərpa edəcək
››› Sentyabrın 21-nə olan hava proqnozu
Son xəbərlər
Bütün xəbərlər »