Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Koronavirusa yoluxmuş həkim üçün kömək istənildi – Foto
Koronavirus

26 saylı BŞX-nın həkimi terapevt qastroenteroloq Gülnar Ağayeva koronavirusa yoluxub. Onun vəziyyəti ağırdır.

Bizimyol.info xəbər verir ki, həkimin yaxın dostu, gastroenteroloq, hepatoloq Nərgiz Qasımova məlumat verib.

Gülnar Ağayeva Gülnar Ağayeva

“Bizə kömək edin, koronavirus xəstələrinə yardım edən həkim dostum Gülnar Ağayevanın vəziyyəti ağırdır, Yeni Klinikanın reanimasiya şöbəsində yatır, STA altında müalicə alır. Gömrük Hospitalına yerləşdirmək istəyirik. Sonradan “həkimlər niyə ölür?” deməmək üçün onları bu gün qorumaq lazımdır”,- deyə həkim haray çəkib.

Məsələ ilə bağlı Bizimyol.info-nun sorğusuna cavab olaraq TƏBİB-dən bildirildi ki, həkim artıq Gömrük Hospitalına yerləşdirilib.

Amma niyə məhz hər halı ağır olan ora yerləşdirilmək istəyir? Koronavirus ümumi bir bəladırsa onun müalicəsi bütün klinikalarda eyni məsuliyyət və keyfiyyətlə müalicə olunmalıdır. Ayrıseçkilik fəlakət olar.

Paylaş »
››› Narazılıqla qarşılanan qərar bu gündən qüvvəyə minir
››› Türkan icra nümayəndəsinin oğlu öz bacısını öldürdü
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Rusiya daha 4 ölkə ilə hava əlaqəsini bərpa edəcək
››› Sentyabrın 21-nə olan hava proqnozu
Son xəbərlər
Bütün xəbərlər »