Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Şəmkirdə bacanağını öldürən şəxsin istintaqı başa çatıb
Məhkəmə

Şəmkirdə qəsdən adam öldürməkdə təqsirləndirilən Etibar Süleymanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

“Report” xəbər verir ki, baxılması üçüb Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilən cinayət işi hakim Elmin Rüstəmovun icraatına verilib.

Qeyd edək ki, hadisə bu ilin may ayında baş verib.

İttihama görə, Şəmkir rayonu Yeni Həyat kənd sakini, 1977-ci il təvəllüdlü Süleymanov Etibar Binnət oğlu Yuxarı Seyfəli kənd sakini, 1992-ci il təvəllüdlü Hümmətli Elnur Salman oğlunu odlu silahla öldürüb.

Tutularaq istintaqa cəlb edilən E.Süleymanova Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham verilib.

E.Süleymanovla E.Hümmətli bacanaq olublar.

Paylaş »
››› Narazılıqla qarşılanan qərar bu gündən qüvvəyə minir
››› Türkan icra nümayəndəsinin oğlu öz bacısını öldürdü
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Rusiya daha 4 ölkə ilə hava əlaqəsini bərpa edəcək
››› Sentyabrın 21-nə olan hava proqnozu
Son xəbərlər
Bütün xəbərlər »