Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Pompeo: "Belarusda baş verənlərdən çox narahatıq"

"Belarusda baş verənlərdən çox narahatıq".

APA-nın xəbərinə görə, bunu ABŞ Dövlət katibi Mayk Pompeo Praqada Çexiyanın Baş naziri Andrey Babişlə birgə mətbuat konfransında deyib.

Belarusda prezident seçkisinin azad və ədalətli keçirilmədiyini deyən Mayk Pompeo ölkədə baş verənlərdən dərindən narahat olduğunu bildirib: “Biz narahatıq, çünki biz Belarus xalqı barədə düşünürük, onlar bizim ürəyimizdədir. Biz istəyirik ki, Belarus xalqı tələb etdiyi və onların xeyrinə olan azadlıqlara sahib olsun".

Pompeo bildirib ki, ABŞ Belarusda baş verənləri izləyir və etirazçılara qarşı tətbiq olunan zorakılıq barədə xəbərdarlıq edib.

"Belarus hakimiyyətindən nümayişçiləri təhlükəsizlik qüvvələrinin hücumlarından qorumasını istədik. Bundan sonra da bunu tələb edəcəyik. İstəyirik ki, Belarusda, İranda, Rusiyada, Çində vətəndaşlar dünyanın digər ölkələrində olduğu kimi, azadlıqlara, imkanlara sahib olsunlar", - deyə Pompeo vurğulayıb.

Belarusdakı vəziyyətə münasibət bildirən Çexiyanın Baş nazir Andrey Babiş isə deyib ki, bu ölkədə baş verənlər sarsıdıcıdır.

“İnanıram ki, Aİ sadəcə deklarasiya ilə kifayətlənməyəcək, bu hadisələrə görə məsuliyyət daşıyanlarla bağlı spesifik addımlar atacaq, çünki Belarus xalqının da bəzilərinin sahib olduğu azadlıqlara sahib olmaq hüququ var. Baş verənlər qəbuledilməzdir", - deyə Baş nazir vurğulayıb.

Paylaş »
››› ABŞ prezidentliyinə namizəd Baydendən Azərbaycana qarşı davakar açıqlama
››› Ermənilər indi də Krasnodar Erməni Respublikası qurmağa başlayıblar
››› Ter-Nakalyan: Ordumuz taqətdən düşüb, Azərbaycana gücümüz çatmayacaq
››› Ərdoğandan qorxan Makron Rusiyanın ətəyindən yapışdı
››› Ermənilər Qarabağa görə ABŞ-da yolu bağladı, sürücü düşüb 3 nəfəri bıçaqladı
Son xəbərlər
Bütün xəbərlər »