Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Daniyelyan: İrəvan Qarabağı qaytarmalıdır...

Ermənilər torpağları geri qaytarmasa, Azərbaycan onu hərbi yolla alacaq. Nikol Paşinyan Ermənistan silahlı qüvvələrindəki vəziyyətə nəzarət edə bilmir. Məhz bu səbəbdən onu hakimiyyətə gətirən qüvvələr öz fəaliyyətlərində bəzi dəyişikliklər etməyə məcbur olublar.

Axar.az erməni mətbuatına istinadən bildirir ki, bu fikirləri politoloq Artur Daniyelyan “Obzor” siyasi tok-şousunda səsləndirib.

“Amulsar mədəninin istismarı probleminə gəlincə, bu, Qərbin Nikol Paşinyanı “küncə sıxmaq” cəhdidir. Artıq Paşinyan həm Qarabağ məsələsində, həm də mədən problemində güzəştə getməli olacaq.

Paşinyan Amulsar mədəninin istismarına icazə verməsə, onun təhlükəsizlik problemləri yaranacaq, çünki metodlarında heç bir məhdudiyyəti olmayan Sasna Çrer qruplaşması terror aktlarını davam etdirəcək.

Bu da onu göstərir ki, Paşinyanın sonu yaxınlaşır”, – erməni politoloq bildirib.

Son xəbərlər
Bütün xəbərlər »