Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Aşağıdan yuxarıya axan şəlalə aşkarlandı: Bu, illüziya deyil – Video

Adətən, Avstraliya barədə danışanda şimal ölkələrinin xalqları zarafatla “orda hər şey başı aşağı dayanır” ifadəsini işlədirlər. Zarafatlar bu dəfə gerçək olub.

Avstraliyanın paytaxtı Sidney yaxınlığında, Bundina şəhəri ətrafında yerlilər aşağıdan yuxarıya axan şəlalənin görüntülərini çəkərək sosial şəbəkələrdə yayımlayıblar.

Avstraliyada tərsinə axan şəlalə

Bu illüziya deyil, belə təbiət hadisəsini çox nadir halda da olsa, müşahidə etmək mümkündür. Belə ki, avqust ayında Bundinada saatda sürəti 70 kilometrə çatan sərt okean küləyi şəlalədəki su axınını aşağıdan yuxarıya doğru qovur, güclü külək nəticəsində şəlalə “tərsinə axmağa” başlayır.

Bizimyol.info həmin görüntünü təqdim edir:

Son xəbərlər
Bütün xəbərlər »