Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İran Prezidenti ABŞ-a xəbərdarlıq edib

İran Prezidenti Həsən Ruhani İrana qarşı silah sanksiyasının tətbiqi ilə bağlı ABŞ-a xəbərdarlıq edib.

APA-nın Tehran bürosunu məlumatına görə, bu gün Nazirlər Kabinetinin iclasında çıxış edən H. Ruhani bildirib ki, nüvə razılaşmasına əsasən İrana qarşı silah sanksiyasının müddəti oktyabr ayının 18-də başa çatacaq.

“BMT-də İrana qarşı belə bir qətnamə qəbul olunması nüvə proqramı ilə bağlı Hərtərəfli Birgə Fəaliyyət Planının aşkar şəkildə pozulması olacaq. İrana qarşı qəbul ediləcək qətnamənin təsirindən yarana biləcək hadisələrin məsuliyyəti onu qəbul edənlərin öhdəsində olacaq”, - deyə İran Prezidenti vurğulayıb.

O, İranın bəzi cənub qonşularına da səslənib: “İran silahdan əcnəbilərdən özünü müdafiə etmək üçün istifadə edir. Bizim gücümüz və silahımız sizin əleyhinizə deyil. Biz əməldə də öz iddiamızı sübut etmişik. Səddam Hüseyn Küveytə hücum edərkən ilk biz bu hücumu pislədik. Əməldə də Küveyt xalqına yardım etdik, Səddamı dəstəkləmədik. Əməldə sübut etdik ki, bölgə xalqını dəstəkləyirik”.

Qeyd edək ki, ABŞ gələn həftə İrana qarşı silah sanksiyasını BMT TŞ-nin iclasında müzakirəyə çıxaracaq.

Paylaş »
››› Arutunyanın Şuşa bəyanatı ermənilərin başına soyuq su tökdü
››› Əsir düşmüş erməni silahlılarından biri din xadimi çıxdı - Video
››› Paşinyanın NATO-ya şok məktubu: Qarabağı verək, əvəzində...
››› Ermənistanda daxili qarşıdurma başladı: “Onlar türklərin “Bayraktar”ından təhlükəlidir”
››› Hikmət Hacıyev: "“FranckMuller” saatlarının banisi Kəlbəcərdə qanunsuz qızıl axtarışı ilə məşğul olub"
Son xəbərlər
Bütün xəbərlər »