Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ-da neft ehtiyatlarının azalması bazara təsirsiz ötüşməyib

ABŞ-da ötən həftə neft ehtiyatlarının azalması barədə Amerika Neft İnstitutunun (APİ) məlumatları neftin əsas markalarının bahalaşmasına səbəb olub.

“Report” xəbər verir ki, Londonun “ICE Futures” birjasındakı bugünkü hərracda “Brent” markalı neft əvvəlki hərracın yekun səviyyəsinə nisbətən 0,36 faiz bahalaşaraq 44,66 ABŞ dollarından satılır. Həmçinin Nyu-York Əmtəə Birjasındakı (NYMEX) elektron hərracı zamanı WTI markalı neftin qiyməti 0,24 faiz artaraq 41,71 dollara çatıb. Ötən gün isə adıçəkilən neft markaları müvafiq olaraq 44,5 və 41,61 dollardan satılıb.

APİ-nin məlumatına görə, 31 iyul – 7 avqust tarixləri arasında ABŞ-dakı neft ehtiyatları 4,4 milyon barel, benzin ehtiyatları 1,3 milyon barel, distillat ehtiyatları 2,9 milyon barel azalıb.

Son xəbərlər
Bütün xəbərlər »