Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Mədəniyyət nazirindən yeni təyinat

Mədəniyyət nazirinin müşaviri vəzifəsinə təyinat olub.

Mədəniyyət Nazirliyindən Qaynarinfo-ya verilən məlumata görə, Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin səlahiyyətlərini müvəqqəti icra edən Anar Kərimovun imzaladığı əmrlə Əliyev Elnur Əli oğlu Mədəniyyət nazirinin müşaviri təyin olunub.

A. Kərimovun digər əmri ilə nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Hümbətov İntiqam Rəsul oğlu öz ərizəsi əsasında tutduğu vəzifədən azad edilib.

E. Əliyev 1979-cu ildə Bakı şəhərində anadan olub. 1999-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və kredit ixtisası üzrə bakalavr və 2001-ci ildə İqtisad Universitetinin eyni ixtisas üzrə magistr dərəcəsini, 2013-cü ildə Böyük Britaniyanın Mançestr Universitetinin Maliyyə ixtisası üzrə MBA dərəcəsini alıb.

E.Əliyev 2000-2008-ci illərdə Xarici İşlər Nazirliyinin sistemində çalışıb. 2008-2017-ci illərdə İslam İnkişaf Bankında işləyib. Son təyinata qədər Birləşmiş Ərəb Əmirliklərində Azərbaycanın Ticarət Nümayəndəsi kimi çalışıb.

Paylaş »
››› ABŞ hökuməti xəbərdarlıq edir! Ermənilər Bakıda terror aktları törədə bilər
››› Rusiyalı hərbi ekspert: Qarabağdakı Ermənistan ordusunun kapitulyasiyası və ya məhvi zaman məsələsidir
››› Araik Arutyunyan Paşinyana məktub yazıb İlham Əliyevlə danışıqlara çağırır
››› “Azərbaycandan çox geri qalmışıq”
››› “Bayraktar” PUA-sının yaradıcısından Azərbaycana dəstək
Son xəbərlər
Bütün xəbərlər »