Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistandan yeni təxribat - Azərbaycan sərt cvab verə bilər...

"Ermənistan hakimiyyəti işğal altında olan Dağlıq Qarabağa bir müddətdir erməniləri yerləşdirməyə çalışırdı. Livanda baş verən partlayış sanki düşmən üçün göydən düşmə oldu. Amma Livan ermənilərinin işğal altındakı torpaqlara gəlmək istəyəcəyini düşünmürəm".

Bu sözləri Redaktor.az-a politoloq Əhəd Məmmədli Beyrutdakı partlayışdan sonra Livan ermənilərinin işğal altındakı ərazilərə köçürülməsindən danışarkən deyib:

“Ermənistan bundan öncə də xaricdə, xüsusilə Yaxın Şərqdə yaşayan ermənilərin işğal olunmuş torpaqlara yerləşdirməsi yönündə təşəbbüs göstərib. İndi də Livandakı erməniləri işğal altında olan torpaqlara yerləşdirmək istəyirlər. Lakin düşünürəm ki, bu dəfə də istəklərinə nail ola bilməyəcəklər. Ermənistanın özündə həm iqtisadi, həm sosial vəziyyət yaxşı deyil, insanlar hakimiyyətdən narazıdır. Belə olan halda Livanda yaşayan ermənilər orada olan evlərini, işlərini, bütövlükdə illərdir qurduqları həyatı qoyub, Dağlıq Qarabağa gəlməzlər. Həm işğal altında olan Dağlıq Qarabağdakı vəziyyət Livandakı vəziyyətdən daha ağırdır”, - deyə o bildirib.

Politoloq Azərbaycanın atacağı addımlardan da bəhs edib:

“Azərbaycan Ermənistanın bu addımına səssiz qalmamalı, düşmənin təxribatına ən ağır şəkildə cavab verilməlidir. Bu cavab istər hüquqi, istərsə də hərbi yolla olmalıdır. Ermənistan bilməlidir ki, Dağlıq Qarabağda icazəmiz olmadan hansısa yerləşdirmə həyata keçirə bilməz”.

Son xəbərlər
Bütün xəbərlər »