Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Həkimlər sərt karantin rejiminin yumşaldılmasına çağırış etdilər

“Pandemiyanın geniş yayıldığı zamandan bəri ölkəmizdə ​pandemiya ilə mübarizəyə dair bir çox maarifləndirmə işləri görüldü. Hazırda da çox insanlar tətbiq edilmiş bütün qaydalara əməl edirlər”.

Bunu Bizimyol.info-ya açıqlamasında “Sağlamlığın Qorunması” İctimai Birliyinin sədri, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyeva bildirib.

Koronavirus

Y.Abdıyeva müəyyən şərtlərə əməl etməklə, yumşaltma təbirlərini davam etdirməyin mümkün olduğunu vurğuladı: “İctimai iaşə məkanlarının, standartlara cavab verən ticarət mərkəzlərinin açılması məqsədəuyğun olardı. Çünki bu mərkəzlərin açılması həm dövtətin iqtisadiyyatının, həm də insanların maddi rifahının yüksəlməsinə kömək edər. Testdən keçəndən sonra, qabaqlayıcı tədbirlərin görülməsi ilə sosial həyatın yenidən başlaması, yoluxma qeydə alınmayan şəhərlər arasında gediş-gəlişin bərpası nəzərdə tutula bilər”.

Həkim qaydalara əməl etməyənlərə həm ictimai qınaq, həm də ciddi cərimə olunub, məsuliyyətə cəlb etmək lazımdır: “Əgər o mərkəzlər xəstəliyin qorunmasına görə standarta uyğun deyilsə, icazə verilməsin!

İaşə mərkəzləri, metro stansiyaları, ticarət mərkəzlərinin və digər müəssələrin fəaliyyət göstərmələri üçün təbdirlər planı hazırlanmalıdır”.

Həkim-nevroloq Qalib Əsədov Bizimyol.info-ya açıqlamasında yumşaltma təbirlərini davam etdirməyin mümkün olduğunu bildirdi: “Hesab edirəm ki, rayonlara gediş-gəliş təcili açılmalı, test müayinələrinin qiyməti aşağı salınmalı, açıq havada fəaliyyət göstərən restoranlar, kafelər karantin qaydalarına əməl etmək şərtilə açılmalıdır”.

Ramid İbrahimov

Son xəbərlər
Bütün xəbərlər »