Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Türkiyə Şərqi Aralıq dənizində təklənib: Azərbaycan dəstək verəcəkmi...
Türk-yunan gərginliyi artır: Yunanıstan ordusu hazır vəziyyətə gətirilib

Türkiyə Şərqi Aralıq dənizində niyə təklənib?

Azərbaycan qardaş ölkəyə bu problemdə dəstək olacaqmı? Bizimyol.info-nun suallarını siyasi şərhçi Əziz Əlibəyli cavablandırır.

Əziz Əlibəyli

“Şərqi Aralıq dənizində bir çox ölkələrin iddiası var.Onlar öz aralarında qitə sahəsi, dəniz hüquqları, dənizdən istifadəyə dair razılığa gəliblər. Razılığa əsasən sərhədləri boyunca məsafə doğru ölüçlərək hesablanır. Belə olanda Türkiyənin Aralıq dənizindəki dənizə çıxış imkanları azalır, Yunanıstanın əlinə keçir.Son mənzərə ondan ibarətdir ki,Yunanıstanla Türkiyənin danışıqları almaniya vasitəsilə davam etdirilirdi və son razılaşma anında Misirlə Yunanıstan arasında razılıq əldə edildi.Bu müqavilənin imzalanması sırf Misir liderinin Türkiyəyə qarşı nifrətindən irəli gəlmişdi. Aralarında ideoloji problemlər var deyə. Misir prezidenti bu müqaviləni imzalamaqla külli miqdarda Misir ərazisini itrisə də, Türkiyə nifrətinə görə Yunanıstanla razılığa gəldi. Türkiyə və Yunanıstan Egey dənizində söz sahibidir. Amma görünən odur ki, indi yenidən ərazi savaşı başlamaqdadır.

İsrail , Misir Yunanıstanla müqavilə bağladı, ABŞ hələlik Türkiyə yönümlü bəyanatlar verir. Avropa, xüsusən Fransa birmənalı olaraq Yunanıstanı müdafiə edir.

Suriya, Livan, İtaliya, Albaniya, BƏƏ və Səudiyyə Ərəbistanı Türkiyənin qarşısında yer alıb. Məqsəd Türkiyəni Aralıq dənizində Antaliya körfəzinə sıxmaq və orda saxlamaq, ayrıca Kipri mühasirədə saxlamaqdır.

Hazırda Türkiyənin su sərhədləri təhdid altındadır. Bunun qarşısında Türkiyə Oruc Rəis gəmisni meydana çıxartdı və hərbi eskadron onu müşaiyət edir. Yunanıstan da öz adalarına və xüsusən Meis adasına qoşun çıxardıb. Türkiyə bu məsələdə tək qalmış kimi görünür. Ümumilikdə hesab edirəm ki, son 10 ildə 2010-cu ildən aralqı dənizində və onun şərqində neft istehsalına başlanıldı. Hamı neftlə zəngin köhnə bölgələrə qayıtdı. Totall, Şell, Bp kimi böyük korporasiyalar bölgədə işləyir .

Kipr, Livan, İsrail arasındakı körfəzdə neft istehsalı gedir və burda böyük neft qaz ehtiyatları var. Livanla İsrail həmin ərazidə öz narazılqılarını həll edib, istehsala davam edir. Türkiyə də “Türk petrolları” şirkətini əraziyə göndərdi, çünki öz neft asılılığını aradan qaldırmaq üçün Aralıq dənizinin enerji potensialından istifadə etmək istəyir. Lakin Liviya istisna olmaqla (Türkiyənin hərbi müttəfiqidr və Türkiyənin liviyadakı savaşının kökündə o dayanır) bütün dövlətlər Türkiyənin bu layihələrdə iştiirakından narazıdır.

Rəsmi Ankara da Şərqi Aralıqda gücünü itirmək üçün əlindən gələni edir. Şərqi Aralıqda Türkiyənin yeganə müttəfiqi Libyanın qanuni Tripoli hökümətidir. 2019-ci ilin noyabr ayında Ərdoğan höküməti Tripoli ilə iki müqavilə imzalamışdır. Yeri gəlmişkən, Misir və Yunanıstan Şərqi Aralıqda iki ölkə arasında iqtisadi zona yaratmaq üçün saziş imzalayıblar. Türkiyəni güzəştə getməyə məcbur edirlər, lakin beynəlxalq aləm Türkiyənin hüquqlarını tanıyır və o güzəştə getməyəcək. Real toqquşmaların baş tutacağına inanmıram. Buna sadəcə, imkan verməzlər.

Azərbaycan yaxın günlərdə Aralıq dənizində hərbi təlimlərdə iştirak edəcək. Pakistan “Türkyə yalnız deyil” kampaniyasına başlayıb. Amma hələ ki, bu dəstək yetərsizdir və Türkiyəni güzəştə məcbur etsələr, dəniz sahilləri Antaliya körfəzindən ibarət olacaq”,- deyə Əziz Əlibəyli qeyd edib.

İlhamə Rəsulova

Paylaş »
››› Narazılıqla qarşılanan qərar bu gündən qüvvəyə minir
››› Türkan icra nümayəndəsinin oğlu öz bacısını öldürdü
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Rusiya daha 4 ölkə ilə hava əlaqəsini bərpa edəcək
››› Sentyabrın 21-nə olan hava proqnozu
Son xəbərlər
Bütün xəbərlər »