Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nazirliyin şöbə müdiri işdən çıxıb

Mədəniyyət Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov işdən çıxdığını bildirib.

Bizimyol.info xəbər verir ki, İ.Hümbətov bu barədə öz “Facebook” hesabında məlumat verib.

"Tam 20 il – 2000-ci ildən – müxtəlif vəzifələrdə çalışdığım Mədəniyyət Nazirliyində fəaliyyətimi bu gündən etibarən başa vururam.

Bu illər ərzində nazirlik tərəfindən ölkəmizin mədəniyyətinin, incəsənətinin təbliği və tanıdılması, Azərbaycan dövlətinin mədəniyyət siyasətinin həyata keçirilməsi ilə bağlı görülən işlərdə mənə həvalə edilən vəzifə səlahiyyətlərinə müvafiq olaraq fəal iştirak etmiş, xüsusilə nazirliyin kütləvi informasiya vasitələri ilə əlaqələrinə məsul şəxs kimi bu qəbildən çoxsaylı layihələrin, respublikamızda, eləcə də müxtəlif xarici ölkələrdə Azərbaycan mədəniyyəti adına reallaşan tədbirlərin mediada dolğun işıqlandırılması üçün səy və bacarığımı əsirgəməmişəm", - deyə İ.Hümbətov bildirib.

Son xəbərlər
Bütün xəbərlər »