Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Narkotik becərən şəxs “iş başında” saxlanıldı
cetene kolu

Xızı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər davam etdirilir.

Bizimyol.info xəbər verir ki, DİN-in mətbuat xidmətindən verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayonun Sitalçay kənd sakini Dadaş Rüstəmov həyətyanı sahəsində yetişdirdiyi çətənə bitkilərini dərən zaman “iş başında” yaxalanıb. Hal şahidlərinin iştirakı D.Rüstəmov tərəfindən xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş çəkisi 8 kiloqram 150 qram olan 5 ədəd çətənə bitkisi maddi sübut kimi götürülərək ekspertizaya təqdim olunub.

Dindirilmə zamanı D.Rüstəmov çətənə bitkilərini şəxsi istifadəsi üçün becərdiyini etiraf edib.

Faktla bağlı Xızı Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırmalar aparılır.

Paylaş »
››› Ədalət Rüstəm: Məktəblər yenidən bağlanacaq
››› Azərbaycanın cənub rayonlarını İrana "verən" xəritə ilə bağlı Seyid Talehdən açıqlama
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Azərbaycanda ayı parçaladığı deyilən uşağın atası: “Şübhələrimiz var” - Foto
››› “Şərurlu İsfəndiyar Ramiz Mehdiyevin adamı olduğuna görə məhkəmələr onun xeyrinə qərar verir”
Son xəbərlər
Bütün xəbərlər »