Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Makedoniyalı məşqçi: "Azərbaycanda futbola çox sərmayə qoyulub"

"Hər iki komandaya uğurlar arzulayıram. Çünki bunlar oynadığım klublardır. Rəqiblər təxminən bizimlə eyni səviyyədədir. Onlar daha çox fiziki futbol oynayırlar. Bu baxımdan texniki cəhətdən daha güclüdürlər".

"İnfOSport"  xəbər verir ki, bu fikirləri Şimali Makedoniya təmsilçiləri "Şkendiya" və "Şkupi"nin sabiq futbolçusu Arcend Beqiri komandaların Avropa Liqasındakı rəqibləri barədə danışarkən deyib.

Keçmiş hücumçu Azərbaycan komandalarının əvvəlki kimi olmadığını bildirib. Beqiri Azərbaycanda son 5-8 ildə futbola çox sərmayə qoyulduğunu söyləyib: "Komandalarımızın işi asan olmayacaq. Azərbaycan klubları infrastruktura görə də bizdən öndədirlər. Amma koronavirus səbəbindən mərhələlər bir matçdan ibarətdir. Bu da vəziyyəti dəyişəcək və daha çox taktiki mübarizə olacaq. Taktiki baxımdan yaxşı hazırlaşan tərəf mərhələ adlayacaq. Komandalarımızın keyfiyyətinə inanıram. Kollektiv şəkildə mübarizə apara bilsələr, uğura ümid edə bilərlər. Müasir futbol komanda oyununu sevir. Həm “Şkendiya”, həm də “Şkupi”nin heyətini gücləndirdiyini nəzərə alsaq, onların şanslarının yüksək qiymətləndirirəm".

Qeyd edək ki, “Sumqayıt” – “Şkendiya” və “Neftçi” – “Şkupi” oyunu avqustun 27-də keçiriləcək. Hər iki qarşılaşmanın start fiti 20:00-da səslənəcək.(report)

Son xəbərlər
Bütün xəbərlər »