Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Yaponiyada bir gündə 1240 nəfər günvurma diaqnozu ilə xəstəxanalara yerləşdirilib
5b54116d223d6_15322079653003147786_1000x6691532239142---0----000

Avqustun 11-də Yaponiyada 1240 nəfər günvurma diaqnozu ilə xəstəxanalara yerləşdirilib, 3 nəfər həyatını itirib.

Azərtac Yaponiya KİV-lərinə istinadla xəbər verir ki, həmin gün Qunma və Caytama prefekturalarında 40 dərəcədən yuxarı istilər qeydə alınıb. Bildirilir ki, cari ildə koronavirus pandemiyası ilə əlaqədar insanların tibbi maska daşıması onların bədən temperaturunun artmasına təsir göstərir.

Yaponiya Ətraf Mühitin Mühafizəsi Nazirliyi və Meteorologiya Agentliyi Tokio və Çiba daxil olmaqla 7 prefekturada günvurma təhlükəsi barədə xəbərdarlıq yayıb. Həmin xəbərdarlıqda xüsusən avqustun 12-də havanın daha isti olacağı bildirilir. Həmçinin qeyd edilir ki, səhiyyə müəssisələrinin koronavirus pandemiyası ilə əlaqədar gərgin rejimdə işlədiyi bir vaxtda günvurmaya məruz qalanların sayının artması ciddi problemlər yarada bilər.

Əhaliyə ciddi ehtiyac yaranmadığı təqdirdə küçəyə çıxmamaq, kondisionerlərin işlədiyi qapalı yerlərdə qalmaq, çoxlu su içmək tövsiyə olunur. Eyni zamanda, məcburi şəkildə küçəyə çıxanlara baş geyimindən, Günəşdən qoruyan çətirlərdən istifadə etmək, sosial məsafənin imkan verdiyi yerlərdə tibbi maskanı çıxarmaq da təklif edilir.

Paylaş »
››› Azərbaycanda müğənni barəsində cinayət işi açıldı
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Nazirlikdən xəbərdarlıq: Yağış və dolu yağacaq
››› Bakıda qadının özünü 8-ci mərtəbədən atması ilə bağlı görüntülər yayıldı
››› Rusiya bir sıra ölkələrlə uçuşları bərpa edir
Son xəbərlər
Bütün xəbərlər »