Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda 15 yaşlı qıza təcavüz etmiş müəllimə verilən cəza qəzəb doğurdu

Lerik rayonunda 15 yaşlı qızla cinsi əlaqədə olan müəllim ağsaqqalların araya girib xahiş etməsi nəticəsində çox yüngül cəza alıb.Ona cəmi 1 il azadlıqldan məhrum edilmə cəzası verilib.

Bizimyol.info xəbər verir ki, təqsirləndirilən məktəb müəllimi, 60 yaşlı Məmmədov Şəfahətin əməli nəticəsində yeniyetmə qız hamilə qalıb.

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova

Bizimyol.info-ya bildirib ki, Ş.Məmmədov rayonun Kirəvud kəndində rus dili müəllimi işləyib.

"15 yaşında düşüncəsi zəif olan uşağı məktəb müəllimi, 60 yaşlı Məmmədov Şəfahət münasibətə girərək hamilə qoyub. Müəllimə bu gün Lerik Rayon Məhkəməsində hakim Atabəy Kiçikbəyov tərəfindən cəmi bir il iş kəsilib. Bu uşaq aylardır gözümüzün önündədir, hamilə olduğunu belə dərk etmir. Sual veririk, bu nə qərardır, bu nə ədalətsizlikdir?! Bəs, bu uşağın gələcəyi necə olacaq?! O, özü anlamır heç nəyi, bəs bizdəmi başa düşmürük ya bizim qız övladlarımız yoxdurmu?!

Mehriban Zeynalova bu əməlin cəzasız qalmayacağını bildirərək, yeniyetmənin hüquqlarını müdafiə edəcəyini, daha ciddi ölçü götürülməsi üçün çalışacağını bildirib.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »