Çin Xalq Respublikasının Sədri Si Cinpin ölkə vətəndaşlarını yeməyə qənaət etməyə çağırıb.
Bizimyol.info “Sinxua” agentliyinə istinadən xəbər verir ki, o, təcili və təsirli tədbirlər görülməsi, qida tullantılarına qarşı səmərəli mübarizə üçün uzunmüddətli mexanizmin yaradılması barədə tapşırıqlar verib.
Ölkə başçısı əhalinin ərzaq təhlükəsizliyi məsələsində vicdanlı olmalarının vacibliyini deyib.
“Vətəndaşları maarifləndirmək üçün təbliğat işlərini və tədbirləri gücləndirmək, lazımdır”,- deyə Si Cinpin bildirib.
Qeyd edək ki, Çin tullantıların ən uğurla istifadə edildiyi ilk ölkələrdən biridir və bu ölkədə insanlar “hərəkət edən hər şeyi yemək” prinsipinə əməl edirlər.Ölkə başçısının birdən- birə nə üçün yeməyə qənaət edilməsinə dair çağırış etməsi sual doğurub.