Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Messinin "Bavariya"ya qarşı oynayıb-oynamayacağı dəqiqləşdi

Çempionlar Liqasının 1/8 final mərhələsinin "Napoli" (İtaliya) ilə cavab oyununda (3:1) zədələnən İspaniya "Barselona"sının kapitanı Lionel Messinin durumuna aydınlıq gəlib.

"Report"un məlumatına görə, argentinalı futbolçu komandasının bugünkü məşqinə ayağı sarğılı çıxıb.

Buna baxmayaraq, 33 yaşlı forvardın ÇL-in 1/4 final mərhələsində Almaniya "Bavariya"sına qarşı oynayacağı dəqiqləşib.

Qeyd edək ki, "Barselona" - "Bavariya" matçı avqustun 14-də Portuqaliyanın paytaxtı Lissabonda oynanılacaq.

Son xəbərlər
Bütün xəbərlər »