Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Beyrutda partlayışda ölənlərin sayı artdı

Avqustun 4-də Beyrutun dəniz limanında baş vermiş partlayış nəticəsində ölənlərin sayı artıb.

“Qafqazinfo” xəbər verir ki, Beyrutda azı 171 nəfər ölüb.

Kanalın məlumatına görə, azı 30 nəfər itkin düşmüş hesab olunur. Daha əvvəl 164 nəfərin öldüyü bildirilirdi.

Xatırladaq ki, Livan Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, partlayış 2 min 750 ton ammonium nitratın qaynaq işləri zamanı yanması səbəbindən baş verib. Altı il öncə gömrük xidmətinin müsadirə etdiyi ammonium nitrat limanın anbarında saxlanılırmış. Partlayış nəticəsində 40 min ev və 200 min mənzilə zərər dəyib, 300 mindən çox insan evsiz qalıb.

Son xəbərlər
Bütün xəbərlər »