Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Uşaqlar üçün biabırçı əsər yazıldı: Arvadbaz qaz barədə şeir - Fotolar

Aygün Bal adlı bir xanımın uşaqlar üçün yazılmış bir kitabı ilə gündəmə çevrilib. Amma yaxşı mənada yox.

Ailə-məişət mövzusunda yazdığını düşünən müəllif əslində azyaşlı uşaqlar üçün heç də tərbiyəvi olmayan bir mövzuya toxunub. Ailəli kişinin sevgi münasibətləri, pul naminə evli kişiyə aşiq olan qızları özünə hədəf seçib. Aygün Balın azyaşlı oxucular üçün nəzərdə tutulan “Qaz ilə Göyərçinin əhvalatı” kitabçası müstəqil müəllif tərəfindən tərtib olunmuş vəsaitdir. Vəsait şagirdin yaş xüsusiyyətinə və psixologiyasına uyğun deyil. Sosial şəbəkələrdə yayılan şeir nümunəsi məhz elə yaş kateqoriyasına uyğun gəlmədiyinə görə, “Aygün Bal bizi balqabaq yerinə qoyub, qazı qazlamadılar, bizi qazladılar” kimi xoşagəlməz rəylər alıb.

Həmin şeiri diqqətinizə çatdırırıq:

..Söylədi eşqini Qaz Göyərçinə,

Dedi: “Vurulmuşam nə vaxtdır sənə...”

Evli olduğunu bilsə də Qazın,

Artırdı bir az Göyərçin nazın.

Boyu çatmasa da Qazın boyuna,

İnadla girirdi Qazın qoluna.

Göyərçin bilirdi tay deyil ona,

Göyərçin vurulmuşdu qazın puluna.

...Hər gün yeyib-içmək, hər gün restoran...

Xərclik də olurdu puldan-paradan.

Arvad anlamasın, bilməsin deyə,

Qaz evə alırdı çoxlu hədiyyə.

Bir gün xəbər tutdu Qazın arvadı.

Qaqqıltı səsilə tutdu fəryadı.

Axtarıb tez tapdı o Göyərçini,

Dedi: “Kəsəcəyəm sənin səsini”

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »