Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Donald Tramp: “Con Bolton hökumətimdə gördüyüm ən sarsaq adamlardan biri olub”
Tramp

“Con Bolton mənim hökumətdə gördüyüm ən axmaq adamlardan biri olub”.

Musavat.com xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp tvitter hesabında yazıb.

Birləşmiş Ştatların dövlət başçısı bu tvitlə keçmiş milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun “prezident Rusiya ilə bağlı kəşfiyyat məlumatlarını alarkən özündən çıxırdı” fikrinə reaksiya vermiş olub.

“Təəssüf ki, onun kimi səfehlərə həmişə rast gəlmək olur. Bu adam mənim guya “Vladimir Putinə öz kəşfiyyatımızdan daha çox inandığım” barədə fikir işlətdiyimi tez-tez təkrarlayır. Halbuki bu qətiyyən doğru deyil”,-deyə o, yazıb.

“ABŞ kəşfiyyatçıları içində elə adamlar var ki, elə əvvəldən iyrənc polis olublar, indi isə ən yüksək səviyyəli ləyaqətsiz və alçaq insanlara çevriliblər. Bunlar FTB-nin keçmiş direktoru Ceyms Komi, Milli kəşfiyyatın keçmiş direktoru Ceyms Klepper və Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktoru Con Brennandır. Yəqin ki, mənim onları qəbul etməmək arzumu başa düşərsiniz”,-deyə ABŞ prezidenti qeyd edib.

Paylaş »
››› Ədalət Rüstəm: Məktəblər yenidən bağlanacaq
››› Azərbaycanın cənub rayonlarını İrana "verən" xəritə ilə bağlı Seyid Talehdən açıqlama
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Azərbaycanda ayı parçaladığı deyilən uşağın atası: “Şübhələrimiz var” - Foto
››› “Şərurlu İsfəndiyar Ramiz Mehdiyevin adamı olduğuna görə məhkəmələr onun xeyrinə qərar verir”
Son xəbərlər
Bütün xəbərlər »