Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyanın koronavirus vaksini 5 ölkədə istehsal olunacaq

Rusiya öz məhsulu olan koronavirus vaksininin 5 ölkədə istehsal edilməsi barədə razılıq əldə edib. Bu fikirləri TASS agentliyinə Rusiya İnvestisiyalar Fondunun rəhbəri Kirill Dmitriyev səsləndirib.

“Xarici tərəfdaşlarımız və investorlarla birgə biz ildə 500 milyon doza vaksin hazırlamağa qadirik. Bu vaksinlər 5 ölkədə hazırlanacaq, istehsal gücümüzü daha da artırmağı planlayırıq.Rusiya 20 ölkədən sifariş alıb, biz 1 milyard dozadan çox vaksin ixrac edəcəyik”,- deyə o bildirib.

Rusiyada ilk koronavirus vaksini avqustun 11-də qeydiyyatdan keçirilib.

Dünyada ilk dəfə Rusiyada koronavirus vaksini qeydiyyatdan keçib. Sınaq həm də Rusiya prezidenti Vladimir Putinin qızı üzərində də test olunub. Rusiya səhiyyə naziri bildirib ki, vaksin effektiv və təhlükəsiz nəticə göstərib.

İlhamə

Paylaş »
››› Ordumuz Bərdəni atəşə tutan dəstələrin başına od yağdırdı - Video
››› ABŞ prezidentliyinə namizəd Baydendən Azərbaycana qarşı davakar açıqlama
››› Ərdoğandan qorxan Makron Rusiyanın ətəyindən yapışdı
››› İş adamından "Mersedes" hədiyyə alan əsgərdən açıqlama: Bayrağı Xocalıda asacağam
››› Kadırovdan Makrona jest: Məhəmməd adı qoyulan uşaqlara görə pul paylayacaq
Son xəbərlər
Bütün xəbərlər »