Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Niyə Bakıdan ev almaq Marsa uçmaqdan çətindir...

Bu müsahibəmiz Bizimyol.info redaksiyasına şikayət ünvanlamış Bəylər Verdiyevin zəngindən sonra yazıldı. Bəylər əslində bizə yazsa da, üzünü Mənzil İnşaatı Dövlət Agentliyinə (MİDA) tutub.

“Mən bu ölkənin vətəndaşıyam. Gəncəm. Normal əməkhaqqı alıram. Lakin ev ala bilmirəm. Son günlər ev almaq üçün şirkətlərlə danışıqlarım, ev elanları, kredit şərtləri yuxumu ərşə çəkib. Cəmi 1 otaqlı mənzil minimum 120 min manata başa gəlir. İlkin ödəniş 18 min manat, aylıqda 400-500 manat civarında düz 20 - 25 il.

Dövlətin kirayə mənzil bazarı əla layihədir - Layihə təqdim edilənə qədər . Bir otaqlı mənzil 96 min manat. Mən bu ölkə üçün çalışmıram? Mən vergi vermirəm? Bəs niyə öz ölkəmdə miqrant kimi yaşayıram?

MİDA! Sizə torpağı dövlət pulsuz vermir? Siz materialı rüsumdan azad gətirmirsiz? Amma özəl şirkətlərdən fərqiniz çox cüzidir. Axı niyə?”.

Bəylərin bu suallarını əmlak üzrə müstəqil ekspert Elnur Fərzəliyevə ünvanlayırıq:

Elnur Fərzəliyev Elnur Fərzəliyev

- Elnur müəllim, MİDA-nın sosial layihə olaraq tikdiyi evlər niyə bu qədər bahadır?Ərazi dövlətin, material dövlətin, niyə baha başa gəlir?

- Torpağı dövlət ayırır, amma tikintini özəl şirkətlər tikir və təmir edirlər. Kvadrat metri 850-900 manat arasında dəyişir. Sadəcə kreditlə alınanda qiymət bir az daha baha başa gəlir. MİDA-nın Yasamalda iki otaqlı binasının qiyməti 35 min manat civarındadır.

- Sizcə Bakıda yerindən asılı olmayaraq bir binanı tikmək neçəyə başa gəlir?

- Bakıda bir binanın tikilməsinə çəkilən qiymətlər kvadratmerinə görə, 300-500 manat arasında dəyişir. Buna səbəb tikintiyə çəkilən xərclərdir. Bina var ki,fasadı aqlaydır, altnda yeraltı qarajı var, lifti bahalıdır, pəncərələrinin kvadratı 150 manatlıq yox, 300 manatlıqdır. Qapıları ucuz yox, bahalı seyf qapılardır. Ona görə tikintinin maya dəyəri baha başa gəlibsə, təmirli versiyada verilirsə o mənzillər baha olur.

- Bəs bizə nisbətən Türkiyədə sosial layihələr niyə daha ucuzdur?

- Sosial layihələr hər kəs üçün əlçatan olmaldır. Lakin Azərbaycanda bu hamı üçün əlçatan deyil. Müəyyən kateqoriyalar var, onlar üçün nəzərdə tuitulub, şəhid ailələrinə, 3 ildən çox stajı olan dövlət qulluqçularına, verilir, yaş həddi var. İnsanlar var ki, günəmuzd işləyir. Gəliri var, stabil qazanc əldə edir, amma ev almaq üçün imkanları məhduddur. Sosial ev almaq üçün statusu çatmır, bahalı ev almağa gücü. Hamıya əlçatan olmalıdır. Burda işi şansa buraxıblar.O da sıfıra bərabərdir.Yaxşı olardı ki, sosial evləri peşələrə görə versinlər. Bir mərhələdə həkimlərə, bir mərhələdə müəllimlərə, bir dəfə hərbçilərə. Sovet rejimini tərifləmirəm, amma sovet dövründə gözəl qanunlar var idi. İş yerindən mənzillər verilirdi. Dövlət öz vəsaitilə vermirdi, vətəndaşın öz cibinin puluyla verirdi. Bir ölkənin iqtisadi rifahı onun vətəndaşının yaşam keyfiyyəti ilə ölçülür.Ölkə vətəndaşının mənzil təminatı olmalıdır. Bizdə insanlar bilmir maşını kiraəyə versin, yoxsa dolanışığına. Vətəndaşın öz şəxsi evi olsa, o pulunu digər işlərə sərf edə bilər.

- Kirayə bazarını tənzimləyən hər hansı bir qanun varmı?

- Bu gün kirayədə qalmaq böyük əziyyətdir. Bakıda ən ağır yük tələbələrin boynuna düşür. Çünki tələbələr əsasən rayonlardan gəlirlər. Valideyn bilmir təhsil haqqını ödəsin, yoxsa kirayə pulunu ödəsin.Bakıdan fərqli olaraq rayon əhalisinin nağd pul əldə etmək imkanı azdır. Kirayə bazarını tənzimləyən sistem yoxdur. Bunu bazar tənzimləyir.

- Sizcə başqa hansı tədbirlər görülsə mənzil almaq hamıya əlçatan olardı?

- Bu gün Bakının baş planı bərbad vəziyyətdədir. Son illər o qədər pərakəndə tikilib ki, xarici şirkətlərə verdilər, onlar da baş aça bilmədilər. 90-cı illərdən sonra Bakıya axın və qeyri -rəsmi tikililərin sayının sürətlə artması bu gün şəhər planlamasında ciddi fəsad yaradıb.Böyük əraziər var. Məslən Heydər Əliyev prospektinin üzərində özəlləşməmiş, sovet dövründən qalmış boş ərazilər var.Zavod fabriklərin ərazisi. Orda yaxşı yaşayış massivləri salmaq olar. Bu gün tikintinin qiymətini artıran torpaqdır. Mərkəz demirəm, mərkəzə yaxın ərazilərdə bir sot torpağın qiyməti yüz min manatdır. Binanı tikən təməli qazır,betonu tökməmiş onun artıq 4-5 milyon manat vəsaiti gedir. Dövlət “Ağ şəhər “ layihəsi kimi layihələr edib, tikinti şirkətləri arasında tenderlər keçirsə, desə ki, “sənin pulunu verirəm, tikdiyinin pulunu al” o zaman mənzilin maya dəyəri maksiumum 500 manat olar. Çünki torpaq havayı olub. O zaman 100 kvadrat metrlik mənzil 50 min manata başa gələ bilər. Məslən kompakt evlər tikilə bilər , kavadrat metri daha kiçik, amma 2-3 otaqlı. Onları daha ucuz qiymətə kreditə verə bilərlər, ehtiyacı olanlar da ala bilər.

- Bəs “Ağ şəhərdə” niyə belə bahadır mənzillə. Ora da Qara şəhərdəki zavodların ərazisində tikilib?

- Çünki, orda bütün şəhər standartlarına cavab verilib. -Binalar arasındakı məsafə binaların quruluşu, yolları, abadlığı.Əsl yüksək keyfiyyətli yaşam standartı təqdim olunur.

- Prezident sənədsiz evlərin sənədləşdirilməsi barədə göstəriş verdi, amma hələ ki, heç bir dəyişiklik yoxdur...

- Bakıda mənzillərin sənədiz olması da başqa problemlər yaradr. Məsələn mənzilin sənədi yoxdursa, ya şirkət vətəndaşa cüzi pul verir ki, ərazidən çıxarıb tikinti aparsın, ya da vətəndaş dəyərindən çox pul tələb edib evindən çıxmaq istəmir. Ümumiyyətlə, Azərbaycanda tikinti sahəsi problemli sahədir.Bu bir əldə cəmlənməyib. Tikinti ilə bağlı hər hansı bir problem olanda qapı-qapı gəzməli olursan, hər kəs də məsuliyyəti başqasının üzərinə atır.Tutaq ki tibb sahəsində hər şey Səhiyyə Nazirliyinə aiddi. Və ya hərbi ilə bağlı hər şey Müdafiə Nazirliyinə. Amma tikintidə bir yerdən nəzarət yoxdur. Halbuki sənədləşdirmədə hər bir idarənin möhürü olub. Tutaq ki, MTK vətəndaşı aldadıbsa, niyə o polisə müraciət etməlidir. Axı MTK-ya icazə verən qurum var. Bura gətirib FHN-i də daxil ediblər. Belə olanda vətəndaş da başını itirir və inamı qalmır.Ona görə bu tikintilərin yarımçıq qalmasına, bir mənzilin bir neçə nəfərə satılmasına sahib olur.Üstəlik vergisi verilmədiyinə görə burda dövlət milyonlar itirir.

- Prezident əmr verdi ki, sənədsiz evlər sənədləşdirilsin...

- Bakıda 500 mindən çox sənədsiz ev var. Bu bir balaca Avropa ölkəsi, və ya böyük bir şəhərin əhalisi qədər ev deməkdir. Yenə məsələnin kökündə tikinti sahəsində yol verilən boşluq və vahid idarəçiliyin olmaması dayanır.

Prezident amnistiya verdi, sənədləşdirilməlidir. Düzdü bəziləri sənədləşdirilə bilməz, istisna ərazilər çıxmaq şərtilə sənədləşmə aparılmalıdır. Bundan ötrü illərlə vaxt lazım deyil. Hamı bilir harda nə var. Sənədi olan və ya olmayan hər bir evdə işıq su qaz var və onların sayğacı var. Tutaq ki, “Azərsu” bilir ki, filan ərazidə 50 min sayğac var. Həmin ərazidə neçə ev sənədlidir? Tutaq ki, 10 min ev. Deməli 40 min ev sənədsizdir. Bu gün divara xəbərsiz mismar da sancmaq olmur. Qeyri rəsmi icazəsiz evlər deyərdim mən bu evlərə. Vətəndaşın üstünə yıxırlar günahı. Amma vətəndaş əlini qaldırıb, evi tikəndə gəlib ondan ödəniş istəyənlər olub, hansı yollasa tikib və bunu əraziyə baxan məsul şəxslər biliblər. Qlobal böhran başlayandan Bakıda evi olub, qeydiyyatı olmayan minlərlə insan rayonda ilişib qalıb. Öz evinə gələ bilmir.Bu belə olmamalıdır axı.

Probelm ondadır ki,işin həllini işin içində olmayan adamlara tapşırıblar. Onlar da hərəkət etmirlər. Nə zaman gəlib bu işi bilən mütəxəssilərə müraciət edirlər?Kənardan danışdıqlarımızı öz adlarına çıxıb istifadə edirlər, lakin bizi çağırıb maraqlanmır, “necə hll etmək olar?” deyə müzakirə aparmırlar.

Qanun deyir ki vətəndaş bir evdə 30 il yaşayıbsa və bunu təsdiq edən qonşular varsa ona sənəd verilməlidir. Amma 30 il bir insan ömrünün yarısıdır axı.Bizdə sadəcə evlərə dövlət təminatı yoxdur deyə insanlarımız gedib xarici ölkələrdən, Türkiyədən ev alırlar.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »