Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Yeni Zelandiyada 3 aydan sonra ilk dəfə koronavirusa yoluxma qeydə alınıb

Yeni Zelandiyada 3 aydan sonra ilk dəfə koronavirusa yoluxma halı qeydə alınıb.

APA-nın "Sky News"a istinadən verdiyi xəbərə görə, bu barədə Yeni Zelandiyanın Baş Naziri Yasinda Ardern deyib.

Baş Nazir bildirib ki, ölkədə vətəndaşlar arasında 4 yeni yoluxma halı aşkarlanıb. Yoluxmalar eyni ailənin üzvlərində qeydə alınıb və infeksiyaya yoluxma mənbəyi məlum deyil.

Y. Ardern qeyd edib ki, yoluxmanın qeydə alındığı Oklenddə müvəqqəti olaraq yeni məhdudiyyətlər tətbiq olunacaq.

Qeyd edək ki, Yeni Zelandiya COVID-19-la uğurlu mübarizə aparan ölkələr arasındadır. Artıq 102 gün idi ki, ölkədə vətəndaşlar arasında yoluxma halı qeydə alınmırdı.

Paylaş »
››› “Son anda Kəlbəcər və Laçının qaytarılmasından imtina etdilər” - İlham Əliyev
››› Paşinyan bir cümlə ilə Türkiyəyə qarşı bütün gizli planların üstünü açdı
››› Cəbhədə son vəziyyət: Ermənilərin itkilər verən “Legion” dəstəsi döyüşməkdən imtina edib
››› Düşməndən əldə olunan hərbi qənimətlərin növbəti görüntüsü - Video
››› Ukrayna İrana təzminat ödətdirir
Son xəbərlər
Bütün xəbərlər »