Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
KİV: “Paşinyan Trampla görüşmək üçün uğursuz cəhdlər edir”

Ermənistanın baş naziri Nikol Paşinyan hakimiyyətə gəldiyi gündən etibarən prezident Donald Trampın, yaxud ABŞ dövlət administrasiyasında təmsil olunan hər hansı şəxsin qəbuluna düşməyə cəhd göstərir.

Bu barədə Ermənistanın “Qraparak” qəzeti yazıb.

Məlumata görə, ABŞ-da fəaliyyət göstərən erməni icmasının, erməni təşkilatlarının və partiyaların bu məsələnin baş tutması istiqamətində apardığı fəaliyyət nəticəsiz qalıb.

Qəzet yazır ki, bir müddət əvvəl Corc Sorosun təmsilçiləri N.Paşinyanın Birləşmiş Ştatların hazırkı prezidenti ilə görüşmək perspektivinin olmadığı barədə məlumat verərək, noyabrda ABŞ-da keçiriləcək prezident seçkilərini gözləməyi məsləhət biliblər.(oxu.az)

Paylaş »
››› Rusiyalı hərbi ekspert: Qarabağdakı Ermənistan ordusunun kapitulyasiyası və ya məhvi zaman məsələsidir
››› ABŞ hökuməti xəbərdarlıq edir! Ermənilər Bakıda terror aktları törədə bilər
››› Ermənistanın "tragikomik" yalanları: Türkiyə sənətçilərini Qarabağda "öldürürlər"
››› Araik Arutyunyan Paşinyana məktub yazıb İlham Əliyevlə danışıqlara çağırır
››› “Azərbaycandan çox geri qalmışıq”
Son xəbərlər
Bütün xəbərlər »