Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Neboyşa Stefanoviç: “Serbiya və Azərbaycan arasında güclü dostluq münasibətləri var”

“Strateji tərəfdaş olan Serbiya və Azərbaycan arasında güclü dostluq münasibətləri var”.

APA-nın xəbərinə görə, bunu Bakıda səfərdə olan Serbiya Respublikasının Baş Nazirinin müavini, Daxili İşlər naziri və Milli Təhlükəsizlik Şurasının katibi Neboyşa Stefanoviç jurnalistlərə açıqlamasında deyib.

O, Bakıya səfəri və burada keçirəcəyi görüşlər vasitəsilə iki ölkə arasında daha yüksək səviyyədə əməkdaşlığa nail olacaqlarına inam ifadə edib.

“Bizim məqsədimiz yalnız təhlükəsizlik sahəsində deyil, digər sahələrdə də əməkdaşlığı dərinləşdirməkdir. Bugünkü görüşdə biz təhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə etdik, həssas informasiyaların mübadiləsi, terrorizmlə mübarizə və digər vacib istiqamətlər üzrə əməkdaşlığı gücləndirmək barədə razılığa gəldik. Lakin eyni zamanda, iqtisadi sahədə əməkdaşlıq sahəsində müzakirələr apardıq. İnanırıq ki, bu sahədə əməkdaşlıq daha da dərinləşdirilə bilər. İki ölkə prezidentləri, hökumətləri və xalqları arasında həqiqi dostluq münasibətləri iqtisadi sahədə də öz əksini tapa bilər. Biz Serbiyada fəaliyyət göstərən Azərbaycan şirkətlərinin fəaliyyətindən də məmnunuq. Onlar çox çalışqandır və səmərəli fəaliyyət göstərir. Biz inanırıq ki, bu əməkdaşlıq daha da genişləndirilə bilər və bunun üçün böyük potensial var. Bu əməkdaşlıq hər iki tərəf üçün faydalı ola bilər və inanıram ki, bu əməkdaşlıq gələcəkdə iki ölkəni daha da yaxınlaşdıracaq”, - deyə Serbiya Baş Nazirinin müavini qeyd edib.

Paylaş »
››› Ermənilərdən Putinə daha bir yalvarış məktubu
››› Ermənistanın "tragikomik" yalanları: Türkiyə sənətçilərini Qarabağda "öldürürlər"
››› Cəbrayılın işğaldan azad edilən Minbaşılı kəndinin görüntüləri - Video
››› XİN Ceyhun Bayramov və Mayk Pompeonun görüşü barədə məlumat yayıb
››› Bəzi şəhər və rayonlara giriş-çıxış dayandırılır
Son xəbərlər
Bütün xəbərlər »