Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Ərdoğan: Türkiyə süni küləklərlə əyilib bükülə biləcək bir ölkə deyil
Rəcəb Tayyib Ərdoğan
Türkiyə süni küləklərlə əyilib bükülə biləcək bir ölkə deyil.

Bizimyol.info xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Twitter” hesabındakı paylaşımında deyib.

“Türkiyənin regional və qlobal bir güc olaraq yüksələn ulduzundan narahat olanlar hər dəfə daha məkrli, daha riyakar şəkildə üstümüzə gəldilər.

Terror təşkilatlarından tutmuş çevriliş edənlərə, maliyyə lobbilərindən tutmuş tarixi hesablaşmalara qədər hər cür vasitə ilə təzyiq göstərdilər.

Hamısının bir-bir öhdəsindən gəldik. Bu gün ölkəmizin gələcəyə inamla baxmasının, regional və qlobal mövqelərdə fəal rol oynamasının arxasında güclü bir təməl var.

Türkiyə süni küləklərlə əyilib bükülə biləcək bir ölkə deyil.

Epidemiyadan sonra meydana gələn yeni dünya nizamında coğrafi mövqeyimiz, logistik şəbəkə əlaqələrimiz, istehsal gücümüz, insan resursları və bilik və bacarıqlarımızdan istifadə edərək yeni bir uğur hekayəsi yazacağıq”, - deyə R.T.Ərdoğan bildirib.

Paylaşımda Türkiyənin 2002-2019-cu illər arasındakı inkişafını göstərən sxem yer alıb.

Bizimyol.info

Paylaş »
››› İqbal Ağazadədən Lavrovun açıqlamasına cavab: Hərb yoluyla 4 rayonumuzu azad etməliyik
››› “Müharibə an məsələsidir”
››› Elmar Vəliyevin ağlını itirməsi barədə xəbərlər yayılıb
››› Hərbçilərə əsgər salamı verən balaca məktəbliyə xüsusi təklif gəldi - Foto
››› Millət vəkili: “Bəzi məmurların övladlarını xaricə göndərməsi barədə məlumatlar var"
Son xəbərlər
Bütün xəbərlər »