Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Ağ Ev ətrafında atışmanın təfərrüatı məlum olub
Donald Tramp

ABŞ-ın gizli xidməti Ağ Ev yaxınlığında baş verən atışmanın təfərrüatını açıqlayıb.

Müvafiq açıqlama şöbənin “Twitter” hesabında yerləşdirilib. Binaya hücum edənin 51 yaşlı bir kişi olduğu qeyd olunur.

Həmin şəxs axşam saat 6-da gizli xidmətin əməkdaşına yaxınlaşıb. O, silahlı olduğunu deyib və silahını çıxarmağa macal tapmamış, asayiş keşikçisi cəld tərpənib və naməlum şəxsi yaralayıb.

Daha sonra şübhəli şəxsə tibbi yardım göstərilib və o, xəstəxanaya aparılıb. ABŞ gizli xidmətinin əməkdaşının hərəkətləri ilə bağlı daxili araşdırma aparacağı bildirilir.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Ağ Evdə mətbuat konfransı keçirən zaman küçədən atışma səsi eşidilib və mühafizəçi dövlət başçısını zaldan çıxarıb. Şübhəli şəxs zərərsizləşdirildikdən sonra Tramp zala qayıdıb və hadisənin onunla əlaqəsi olmadığını deyərək, konfransı davam etdirib. (oxu.az)

Paylaş »
››› Azərbaycanın cənub rayonlarını İrana "verən" xəritə ilə bağlı Seyid Talehdən açıqlama
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Üç il əvvəl baş verən ölüm hadisəsi qəza deyil, qətl imiş
››› Allahşükür Paşazadənin rəqibləri məlum oldu
Son xəbərlər
Bütün xəbərlər »