Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Lukaşenkonun seçkilərdəki rəqibi Litvaya üz tutdu
Svetlana Tixanovskaya

Belarus Prezident Aleksandr Lukaşenkonun avqustun 9-da keçirilən seçkilərdə əsas rəqibi olan Svetlan Tixanovskaya təhlükəsizlik məqsədi ilə Litvaya gedib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Litvanın Xarici İşlər Nazirliyi açıqlayıb.

“Svetlana Tixanovskaya təhlükəsiz yerdədir, o, Litvadadır”, - məlumatda bildirilib.

Qeyd edək ki, avqustun 9-da Belarusda prezident seçkiləri keçirilib. İllər sonra ölkədə böyük maraqla qarşılanan seçkilərdə, ilkin nəticələrə görə, hazırkı prezident Aleksandr Lukaşenko 6-cı dəfə qalib olub. Bunun nəticəsində ölkənin bir sıra bölgələrində kütləvi dinc etirazlar başlayıb. Polislə qarşıdurmaya çevrilən nümayişlərdə yüzlərlə insanın saxlanıldığı, 1 nəfərin öldüyü, onlarla insanın yaralandığı bildirilir. Müxalifətdən olan A.Lukaşenkonun əsas rəqibi Svetlana Tixanovskaya güc strukturlarına üz tutaraq xalqa qarşı güc tətbiq etməməyə çağırıb. Etirazlar fonunda ölkənin MSK sədri Lidiya Yermoşına Hökumət evindən təxliyə edilib.

Paylaş »
››› Ədalət Rüstəm: Məktəblər yenidən bağlanacaq
››› Azərbaycanın cənub rayonlarını İrana "verən" xəritə ilə bağlı Seyid Talehdən açıqlama
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Üç il əvvəl baş verən ölüm hadisəsi qəza deyil, qətl imiş
Son xəbərlər
Bütün xəbərlər »