Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Koronavirus pandemiyası zamanı qida məhsullarının seçilməsi

“Koronavirus pandemiyası zamanı qoruyucu profilaktik üsullar” məqaləmizdə isbat etdik ki, orqanizmlərdə gedən proseslərin hamısında hidrogen göstəricisi pH-ın düzgün seçilməsi vacibdir. Orqanizmlərimizdəki məhlulların hamısının pH-ı öz əlimizdədir.

Belə ki, qəbul etdiyimiz qidaların pH-nın yekun göstəriciləri müxtəlif orqanların selikli qişasının pH-nın təminatçısıdır. Yəni, indiki üzücü, sarsıdıcı mühitin nisbətən təhlükəsiz keçməsi üçün ağzımıza qoyduğumuz hər bir tikənin gətirə biləcəyi fəsadı qabaqcadan hiss etməliyik. Bunun üçün xeyli sadə və lazımlı bilgilərə yiyələnmək kifayətdir.

Müqayisə üçün müxtəlif məhlulların pH-nı təqdim edirik:

pH < 1 mühitində oksigen çatışmazlığı, pH > 1-də isə oksigenin artıqlığı olur. 1932-ci ildə Alman alimi Otto Varberq isbat etdi ki, (və Nobel mükafatı aldı) xərçəngin inkişafı anaerob prosesdir. Yunan dilində Aer-hava, Aero-havalı, Anaerob isə havasız və ya oksigensiz mühit deməkdir. Yeni yaranışlar: viruslar, mikroblar, poliplər və xərçəng qanında oksigen çatmayan orqanizmlərdə yaranır. Bu yaranışların hüceyrələri turş mühitdə sürətlə artır. Cədvəldə, 1-ci yerdə mədə şirəsinin acqarına halında turşuluğudur. Çox güclü turşuluq deməkdir. Yaranışlar üçün pH=1,5-2 çox əlverişlidir. Bu baxımdan mədəni uzun müddət ac qoymaq olmaz. pH normallaşdıqca yaranışların inkişafı dayanır və sorulub gedir. Qocalma prosesləri də turş mühitdə sürətlə gedir.

“pH” balansının idarə olunması

Orqanizmdə pH-balansını idarə etmək üçün qəbul olunan qidanın komponentlərinin maddələr mübadiləsi prosesində yaratdıqları turşuluq və qələviliyin miqdarını bilmək lazımdır. Qanda turşuluğu artırıb, qələviliyi azaldan məhsulları şərti olaraq üç yerə bölürlər:

Birinci, heyvan mənşəli zülallar: - pasterizə edilmiş süd, ət və ət məhsulları (kolbasalar, sosiskalar, vetçinalar və s.), quş əti (toyuq, qaz, ördək, hind quşu və s.), quşların yumurtaları, balıq, kəsmik və heyvan mənşəli yağlar. Buraya süd və şit pendir daxil deyil.

İkinci, buraya əsasən karbohidratlı qidalar daxildir. Birinci növbədə ağ çörək, ağ un məmulatları (makaronlar, vermişellər və s.). Nişastalı məhsullar (kartof, lobyalar, yarmalar və s.). Qənd və qənd məhsulları (şokoladlar). Siyahıya kofeni, çayı, alkoqolu da əlavə etmək lazımdır.

Üçüncü, qida məhsullarına əlavələr, konservantlar, boya maddələri, aromatlaşdırıcılar, emulqatorlar və s.

Qələviləşdiricilərin diapazonu xeyli dardır. Qələviləşdirən və ya turşuluğu götürən məhsullara aşağıdakılar daxildir:

I. Bütün tərəvəzlər (Brüssel kələmindən başqa), meyvələr, sitrus meyvələri daxil olmaqla (limon, greyfrut, ananas, kivi, feyxoa və s.).

II. Qələviləşdiricilərə müxtəlif meyvə-tərəvəz şirələrini, giləmeyvələri (gavalıdan başqa) və bütün meyvə qurularını da əlavə etmək lazımdır.

III. Turşuluğu neytrallaşdıranlara çərəzlər, dəniz məhsulları, paxla və paxla məhsulları, təzə pendir və bal daxildir.

Qələviləşdirən məhsulların sayı turşuluq verən məhsullara nisbətən 4 dəfə azdır. Onda, qidanın tərkibini müəyyən edərkən 80% qələviləşdirici, 20% turşulaşdırıcı əlavə etmək lazımdır ki, mədənin turşuluq qələvilik balansı pozulmasın.

Vitaminlərin və mikroelementlərin də keyfiyyət göstəricilərinə baxmaq lazımdır. Qələviləşdirici mikroelementlərə Na, Ca, K və Mg-da əlavə etmək lazımdır. Amerika alimi N. V.Uokerə görə qida məhsullarının turşuluq və ya qələvilik törətmə imkanlarının cədvəlini təqdim edirik. Cədvəldə məhsulların rəqəmlə göstəriciləri verilir:

1 – zəif “turşuluq və ya qələvilik törədən”

2 – orta “- - - - - - - - - - - - - - - - - - - - - - - ”

3 – güclü “- - - - - - - - - - - - - - - - - - - - - ”

4 – çox güclü “- - - - - - - - - - - - - - - - - - - ”

Cədvəldən görünür ki, yumurtanın sarısının pH-ı > 7, ağının pH-ı < 7, cəminin yarısının pH-ı isə 7-dir. Yəni, ümumilikdə yumurtanın pH-ı neytraldır. Bu səbəbdən, yumurta orqanizmin pH balansına təsir göstərmir. Suyun da pH-ı 7-dir və istədiyimiz qədər içirik.

Koronavirusdan qorunmaq üçün qələviləşdirici məhsullar

Yuxarıda dediklərimizdən belə çıxır ki, koronavirus xəstələrinin sayı qida məhsullarının seçilməsindən asılı olmalıdır. Qida düzgün seçilərsə orqanların pH-ı cədvəldə olduğu qədər olarsa orqanizmin müdafiə qabiliyyəti artar və koronavirus yaranmaz və ya inkişafı nəzərə çarpacaq dərəcədə ləngiyər və tezliklə müalicə olunar. Düzgün seçilmiş qida bütün terapiya növlərinə effektli təsir göstərir. Bura meyvə-tərəvəzlər, çərəzlər və göy-göyərti daxildir. Bu məhsullar təbii olduqlarından toksiki deyillər. Yuxarıda deyilənləri nəzərə alaraq koronavirusdan qorunmaq üçün məsləhət görülən qidaları təqdim edirik: rasiona daxil edilməli məhsullar bunlardır:

1. Süd

Gün ərzində içilən 1 stəkan təbii inək südü xəstələnmənin riskini xeyli azaldır. Südün tərkibindəki kalsium yoğun bağırsaqda yaranışların əmələ gəlmə ehtimalını heçə endirir.

2. Pomidor

Yaxşı qızarmış, dəymiş pomidorun tərkibində güclü antioksidant sayılan likopin olduğundan immun sistemini stimullaşdırır. Ona görə xəstələnmə riskini azaldır. Gündə cəmi 1-2 pomidor yemək məsləhətdir.

3. Vitamin E

Güclü antioksidant sayılır və bitki yağlarında xüsusi ilə də findiqda çoxdur. Gündə 3 xörək qaşığı yağ qəbul etmək (səhərlər 1, gün ərzində isə salatda və xörəklərdə 2 xörək qaşığı) və həftədə 1 kq fındıq yemək lazımdır.

4. Yer kökü və balqabaq

Beta-karatinlə (A vitamini) zəngin olduqlarından ağ ciyərin və mədəaltı vəzinin qorunmasında çox faydalıdır. Gün ərzində 200 qram yerkökü ya da balqabaq yemək lazımdır.

5. Sarımsaq

Selenlə zəngindir. Selen essensial mikroelement olub (xüsusi ilə mədə, nazik və yoğun bağırsaqlar, yemək borusu, qırtlaq, süd vəziləri və dərini) konserogenlərin təsirindən qoruyur. Nazik bağırsağın selikli qişasının altında immunitetə cavab verən, faqositoz prosesini yerinə yetirən leykositlərin yaranmasını sürətləndirmək məqsədilə hər gün sarımsaq suyu içilməlidir. Bunun üçün səhər-səhər 1 litr soyuq suya bir diş sarımsağı uzununa bölüb atırlar, axşam yeməyindən 3 saat sonra üçdə iki stəkan içilir (bu resept Daşkəndli alim tibb elmləri namizədi Şöhrət Xəlilova məxsusdur).

6. Yumurta

Daha doğrusu, yumurta sarısı. Yumurtanın sarısında olan xolin maddəsi yeni yaranışların qarşısını alır. Xolin buğda¬da, gül kələmində və qara ciyərdə də var. Gün ərzində 1-2 yumurta ye¬mək məsləhətdir.

7. Qıtığotu, qırmızı və ağ turp, kərəviz.

Tərkiblərində indollar, izotiosianatlar – güclü antikanserogen maddələr var. Bu məhsullardan profilaktika üçün, gündə 50-60 qram yemək məsləhətdir.

8. Qızıl balıq, skumbriya, tunes, siyənək balıqları

Tərkiblərində olan yağ turşuları ilə zəngin omeqa-3 immuniteti artırır, D vitamini isə toxumaların yaranmasını əngəlləyir.

9. İtburnu və yaşıl çay

Tərkiblərində epihallokotexinin hallatı olduğundan yaranışların toxumalarının ölümünü proqramlaşdırır. Həm də itburnuda C vitamini var. Həkimlər pandemiya zamanı hər iki bitkinin dəmləməsindən gündə bir necə stəkan içməyi məsləhət görürlər.

10. Buğda, qarğıdalı, yulaf və düyü kəpəkləri

Tərkibləri sellüloz toxumaları ilə zəngin olduğundan bağırsaq sistemində motorikanı nizamlayır.

11. Quru meyvələr

Xüsusilə qara gavalının qurusu çoxlu antioksidantlara malik olduğundan yeni yaranışlar zamanı mübarizə aparır. Gündə 5-6 quru meyvə yemək məsləhətdir.

12. Brokkoli

Xaççiçəklilər fəsiləsindən olan Brokkoli bu sırada xüsusi yer tutur. Çünki tərkibində indol-3-karbinol (İ3C) olduğundan yaranan xəstəliklərin profilaktikasında xüsusi yer tutur. Həftədə cəmi 100 qram brokkoli yedikdə yeni xəstəliklərin əmələ gəlməməsinə qarantiya yaradır.

13. Quanabana

Cənubi Amerikanın Amazon meşələrində (Braziliyada ) və Asiyanın cənub-şərqindəki tropik əyalətlərdə bitən quanabana meyvəsi nəinki kimya-terapiyanı əvəz edir, hətta ondan da effektlidir və koronavirusu müalicə etməklə bərabər, həm də immuniteti artırır, saç tökülməsinin də qarşısının alır. Beləliklə, yaddan çıxarmaq lazim deyil ki, insan orqanizmi daima yenilənir. Müntəzəm olaraq orqanizmin ayri-ayri struktur tərkibləri işlənib, köhnəlir. Yeni hüceyrə ,toxuma və biokimyəvi komponetlərlə əvəz olunur. İl ərzində 95-96% -i, yeddi ilə isə tamamilə hamısı təzələnir. Özünü təmin üçün ilkin qida su və yeməkdən gəlir. Deməli, bədənimiz il ərzində yediklərimizin və içdiklərimizin toplamından ibarətdir. Çalışıb təsadüfi mənşəyi bilinməyən içki və qidalardan uzaq durmaq lazımdır.

Məsləhət bilinən yeməklər

Göy və balqabaq qutabları, tərkibində sürtkəcdən keçirilmiş çuğundur və yer kökü olan limon sıxılmış borş, dovğa, doğramac. Badımcan, bibər, pomidor çığırtması. Şit pendirli nənədağı. Kükü: kərovuzlu, şüyüdlü və s. Yaşıl lobya, müxtəlif variantlarda. Xiyarlı, bibərli, yerkökülü, çuğundurlu, soğanlı, kahılı, pomidorlu salatlar. Cədvəldən öz seçiminizlə başqa qələviliyi çox olan təamlar da seçə bilərsiniz. Hər cürə şorabalardan qaçın. Çörəyin də seçilməsinin mənası var. Çörək nə qədər nazik olarsa bir o qədər yaxşıdır. Lavaşa üstünlük vermək məsləhətdir.

Beləliklə, bizdən asılı olmayan səbəblərdən hamımız Covid-19-un əsirləriyik. Bu taleyin yazısıdır, belə məsləhət imiş. Qoy olsun. Biz də öz davranışımızla, özümüzə və ətrafımızdakılara münasibətimizlə bu sınaqdan da üzü ağ, ən az itkilərlə çıxarıq, İnşallah!

Nemət Məmmədli, Lütfi Zadə adına Beynəlxalq Müasir Elmlər Akademiyasının həqiqi üzvü Nemət Məmmədli, Lütfi Zadə adına Beynəlxalq Müasir Elmlər Akademiyasının həqiqi üzvü
Son xəbərlər
Bütün xəbərlər »